Mersesayd derbisində hesab açılmayıb
Bakı, 3 mart, Nicat Məmmədov, AZƏRTAC
Martın 3-də İngiltərə Premyer Liqasının 29-cu turunun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turnir cədvəlinin hazırkı lideri "Liverpul" səfərdə "Everton" komandası ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə hesab açılmayıb. Oyunun nəticəsinə görə "Liverpul" turnir cədvəlində 70 xalla ikinci yerə enib.
"Liverpul" klubunun əzəli rəqibi "Mançester Siti" isə martın 2-də "Bormunt" komandasını səfərdə məğlub edərək aktivindəki xalların sayını 71-ə çatdıraraq birinci pilləyə yüksəlib.
İyirmi doqquzuncu turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:
"Tottemhem"-"Arsenal" - 1:1;
"Brayton"-"Haddersfild" - 1:0;
"Börnli"-"Kristal Palas" - 1:3;
"Mançester Yunayted"-"Southemton" - 3:2;
"Volverhemton"-"Kardif Siti" - 2:0;
"Vest Ham"-"Nyukasl" - 2:0;
"Votford"-"Lester Siti" - 2:1;
"Fulhem"-"Çelsi" - 1:2.