“M.Ə.Sabir mollanəsrəddinçi satirik şeirin banisidir” mövzusunda ədəbi məclislər keçiriləcəkdir
Bakı, 12 may (AZƏRTAC). Cəlil Məmmədquluzadənin ev-muzeyi respublika muzeylərində keçiriləcək 14 may-“Muzeylər gecəsi” aksiyasında “M.Ə.Sabir mollanəsrəddinçi satirik şeirin banisidir” mövzusunda ədəbi məclislə iştirak edəcəkdir.
Cəlil Məmmədquluzadənin ev-muzeyindən AZƏRTAC-a bildirmişlər ki, gecənin M.Ə.Sabirə həsr olunması hər il ənənəvi olaraq mayda “M.Ə.Sabir poeziyası günləri”nin keçirilməsi ilə bağlıdır. “Açıq qapı” günü ilə başlayacaq tədbir gecə saatlarınadək davam edəcəkdir.
Həmin gün ərzində muzeyi ziyarət edənlərə pulsuz muzey xidməti - muzey ekspozisiyası üzrə ekskursiya xidməti göstəriləcəkdir. Saat 14-dən 15-30-dək M.Ə.Sabirin həyat və yaradıcılığı haqqında çıxışlar dinləniləcəkdir.
Muzeyin foyesində ziyarətçilər “M.Ə.Sabir -Azərbaycanın böyük satira ustası” mövzusunda səyyar sərgi ilə tanış olacaq və həmin mövzuda mühazirə dinləyəcəklər. Tədbirdə “Səbirli adəmin fəryadı” sənədli televiziya filmindən kadrlar göstəriləcəkdir.
Cəlil Məmmədquluzadənin ev-muzeyində yaradılmış “Gənc turistlər” klubunun üzvləri M.Ə.Sabirin şeirləri əsasında hazırladıqları bədii kompozisiya ilə çıxış edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]
Azərbaycanın ilk milli baleti “Qız qalası” yenidən səhnədə
- 09.09.2026 [10:33]
Aleksandr Şarovski - görkəmli teatr xadimi, böyük ustad
- 08.09.2026 [22:07]
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Dayanıqlı Moda Nümayişi VİDEO
- 08.09.2026 [18:24]