MƏTBUATIN İNKİŞAFINDA TÜRKİYƏ TƏCRÜBƏSİ ÖYRƏNİLİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 5-də Azərbaycan Mətbuat Şurasında qurumun idarə heyəti üzvlərinin Türkiyəyə 5 günlük səfərinin yekunları ilə bağlı dəyirmi masa keçirilmişdir.
Tədbirdə idarə heyətinin üzvləri qardaş ölkədə keçirdikləri görüşlər barədə məlumat vermişlər.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi kütləvi informasiya vasitələrinə dövlət dəstəyi Konsepsiyasında subsidiyaların və qrantların ayrılması, yazılı mətbuatın iqtisadi inkişafını təmin etmək üçün uzunmüddətli azfaizli kreditlətin verilməsi nəzərdə tutulmuşdur. Diqqəti cəlb edən digər məsələ isə KİV-lərdə reklamların yerləşdirliməsidir.Ölkəmizdə bu problemlərin həlli ilə bağlı kifayət qədər təcrübə olmadığından, Türkiyə təcrübəsi ilə yaxından tanışlıq xüsusi önəm daşımışdır.
Qardaş ölkənin təcrübəsindən danışan Ə.Amaşov bildirmişdir ki, Türkiyədə rəsmi qurumların KİV-lərə reklam verməsi müvafiq qanunlarla tənzimlənir. Həmin qanunlara görə, dövlət təşkilatları xüsusi olaraq təsis edilmiş bir quruma reklamla bağlı pul köçürürlər. Qurum isə yığılan maliyyə vəsaitini rəsmi qəzetlər arasında bölüşdürür. Bölgü zamanı bəzi prinsiplər - redaksiya əməkdaşlarının sayı, onlarla əmək müqavilələrinin bağlanması, nəşrin tirajı və digər məsələlər əsas götürülür.
Ə.Amaşov demişdir ki, Azərbaycan Mətbuat Şurası ilə Türkiyənin müvafiq qurumu arasında imzalanmış sənədə əsasən, türkdilli ölkələrin jurnalist təşkilatlarının geniş forumu keçiriləcəkdir. Forumun əsas məqsədi türkdilli jurnalist təşkilatlarının həmrəyliyinə nail olmaq, qabaqcıl təcrübəni qarşılıqlı surətdə yaymaq, jurnalistlərin peşəkarlığını artırmaqdır.
Türkiyə Mətbuat Şurasının rəhbərliyi ilə görüşdə Dünya Mətbuat Şuraları Assosiasiyasının növbəti toplantısının Bakıda keçirilməsi barədə müzakirələr aparılmışdır.
Dəyirmi Masada Azərbaycanın Türkiyə təcrübəsini tətbiq etməsi üçün müvafiq qanunların qəbulunun zəruriliyi vurğulanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək
- 15.06.2026 [23:52]
Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan
- 15.06.2026 [23:42]
Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub
- 15.06.2026 [23:25]
Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb
- 15.06.2026 [22:25]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [22:12]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:53]
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
- 15.06.2026 [21:35]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [21:24]
İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub
- 15.06.2026 [21:18]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:47]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:39]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [20:28]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [20:00]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [19:51]