METRODA YENİ KEÇİD SİSTEMİNİN SINAQ MƏRHƏLƏSİ UĞURLA DAVAM EDİR
Metropolitenin rəisi Tağı Əhmədov AZƏRTAC-a bildirmişdir ki, yeni keçid sisteminin sınaq mərhələsi uğurla davam etdirilir. May ayında əlavə 400 min ədəd keçid kartı gətiriləcəkdir. Bu sayda kart sərnişinlərin tələbatını ödəmək üçün yetərli deyil. Ona görə də, kartların kütləvi satışından əldə olunan vəsait hesabına əlavə kartlar alınacaqdır.
T.Əhmədovun sözlərinə görə, sərnişinlər ilin sonunadək paralel olaraq, jetonlardan da istifadə edəcəklər. Gələn ildən isə keçid yalnız kartlar vasitəsilə olacaqdır. Bir kartın qiyməti iki manatdır (AZN). Həmin kartları istənilən vaxt kassaya qaytarmaq mümkündür. Beynəlxalq Bankın müştəriləri kassalarda öz kartlarına keçid yükləməklə metrodan istifadə edə bilərlər.
Sərnişinlər aldıqları karta metronun kassalarında istədikləri sayda keçid yükləyə bilərlər. Kartlarını keçidlərdə quraşdırılmış yoxlayıcı qurğuların ekranına yaxınlaşdırmaqla keçidlərin sayını müəyyən etmək mümkündür. Qalan keçidlərin sayı kartlar keçid avadanlığına yaxınlaşdırıldıqda da ekranda göstərilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [15:10]
Dünyada dizel yanacağı ucuzlaşacaq
- 10.10.2026 [11:09]
Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb
- 10.10.2026 [11:00]
Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO
- 10.10.2026 [10:27]
Dünya birjalarında neftin qiyməti artıb VİDEO
- 10.10.2026 [08:29]
Kənd təsərrüfatı naziri Çində səfərdədir
- 09.10.2026 [21:16]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [20:29]