“Microsoft” Müqəddəs Pyotr Bazilikasında süni intellektlə gücləndirilmiş layihə təqdim edəcək
Vatikan, 9 noyabr, AZƏRTAC
“Microsoft” şirkəti Vatikandakı Müqəddəs Pyotr Bazilikasında süni intellektlə gücləndirilmiş layihə təqdim etməyə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, “Microsoft”un prezidenti Bred Smit noyabrın 11-də Vatikanda layihənin təqdimatını keçirəcək.
Layihə “Microsoft” şirkəti və Müqəddəs Pyotr Bazilikasının mühafizəsi və saxlanmasına cavabdeh olan “The Fabric of Saint Peter” təşkilatı arasındakı əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
“Microsoft”, həmçinin qarşıdan gələn Müqəddəs Yubiley İli çərçivəsində Vatikana və İtaliyanın paytaxtı Romaya səyahət etməsi gözlənilən 35 milyondan çox ziyarətçiyə kömək edəcək süni intellektə əsaslanan “Julia” virtual köməkçisini hazırlamaq üçün Roma bələdiyyəsi ilə əməkdaşlıq edib. Yubiley zəvvarları virtual şəhər bələdçisi “Julia”ya “WhatsApp” vasitəsilə mədəni irs obyektləri haqqında, habelə İtaliya mətbəxinin nümunələrinin dadına baxmaq üçün yerlər və restoranlarla bağlı suallar verə biləcəklər.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [11:39]
Alimlər Fərat çayının qədim mənşəyini araşdırırlar
- 16.06.2026 [11:25]
Alimlər kosmosda həyat axtarışı üçün yeni metod hazırlayıblar
- 16.06.2026 [11:15]
Fransa Hörmüzdə minatəmizləmə əməliyyatlarına qoşula bilər
- 16.06.2026 [11:12]
Yaponiyada ölümcül gənə xəstəliyi sürətlə yayılır
- 16.06.2026 [10:32]
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 68-ə çatıb
“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək
- 15.06.2026 [23:52]
Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan
- 15.06.2026 [23:42]
Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub
- 15.06.2026 [23:25]
Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb
- 15.06.2026 [22:25]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [22:12]