ELM VƏ TƏHSİL
Mikrobiologiya İnstitutunda Zəfər və Dövlət Bayrağı günlərinə həsr olunmuş tədbir keçirilib
Bakı, 7 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə elmi müəssisənin baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən danışıb. O, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun keçdiyi mübariz və qəhrəmanlıq yolundan geniş söhbət açaraq ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasının tarixi əhəmiyyətini vurğulayıb.
Azərbaycanda Dövlət Bayrağı Gününün təsis tarixindən bəhs edən P.Muradov diqqətə çatdırıb ki, bayraq hər bir millətin mövcudluğunun təsdiqi, müstəqil dövlət qurmaq qabiliyyətinin başlıca göstəricisidir.