MİLLİ FƏALİYYƏT PLANININ İCRA VƏZİYYƏTİ MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Tovuzda insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı (MFP) ilə bağlı növbəti ictimai dinləmələr keçirilmişdir.
İctimai dinləmədə rayon icra hakimiyyətinin və bələdiyyələrin, məhkəmə, daxili işlər şöbəsi və prokurorluğun, dairə seçki komissiyalarının və digər qurumların nümayəndələri iştirak etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov MFP-nin tətbiqi ilə bağlı görülən işlərdən danışmışdır.
Ombudsman Elmira Süleymanova Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar barədə məlumat vermişdir. O, bildirmişdir ki, ölkəmizdə demokratik və hüquqi dövlət quruculuğu uğurla davam etdirilir. Müstəqil dövlətimiz insan hüquqlarının müdafiəsi ilə bağlı 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmışdır.
Oktyabrda keçiriləcək prezident seçkilərinə münasibət bildirən Ombudsman demişdir ki, bu mühüm siyasi kampaniyanın gedişində hər hansı qanun pozuntusuna yol verilməməsi üçün hər bir ölkə vətəndaşından ciddi məsuliyyət tələb olunur. E.Süleymanova seçki kampaniyasının azad, demokratik və şəffaflığı üçün ölkədə etibarlı hüquqi baza yaradıldığını bir daha yığıncaq iştirakçılarının diqqətinə çatdırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]