MİLLİ FƏALİYYƏT PLANININ TƏTBİQİ İLƏ BAĞLI MÜZAKİRƏLƏR DAVAM EDİR
AZƏRTAC xəbər verir ki, insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) həyata keçirilməsi vəziyyətinin monitorinqi və təhlili məqsədi ilə Goranboy və Samuxda ictimai dinləmələr keçirilmişdir.
Ombudsman Elmira Süleymanova ölkəmizdəki inkişaf, həyata keçirilən islahatlar barədə məlumat vermiş, insan hüquq və azadlıqlarının, o cümlədən qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsinin mühüm vəzifələrdən biri olduğunu diqqətə çatdırmışdır. O, MFP-nin təsdiqindən ötən müddətdə görülən işlərdən, sənədin tətbiqi ilə bağlı keçirilən ictimai dinləmələrdən, seçki qanunvericiliyində olan dəyişikliklərdən danışmışdır.
Müzakirələrdə MFP-də məhkəmə, prokurorluq və polis orqanları qarşısında qoyulmuş vəzifələrin icrası, rayonun müvafiq dövlət orqanlarında insan hüquq və azadlıqlarının, o cümlədən seçki hüquqlarının təmin olunması, vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi vəziyyəti barədə məlumat verilmişdir.
Tədbirdə rayon icra hakimiyyətləri və bələdiyyələrin, məhkəmə, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının və digər qurumların nümayəndələri iştirak etmişlər.