Milli Konservatoriyada Xalq çalğı alətləri ifaçılarının I respublika müsabiqəsi keçiriləcək
Bakı, 19 noyabr, AZƏRTAC
Noyabrın 26-dan 30-dək Azərbaycan Milli Konservatoriyasında görkəmli bəstəkar, Xalq artisti Hacı Xanməmmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş Xalq çalğı alətləri ifaçılarının I respublika müsabiqəsi keçiriləcək.
Konservatoriyadan AZƏRTAC-a bildirilib ki, müsabiqə ali və orta ixtisas təhsili müəssisələrinin (11 illik musiqi məktəbləri də daxil olmaqla) Xalq çalğı alətləri üzrə təhsil alan şagird və tələbələr arasında təşkil olunacaq.
Müsabiqənin məqsədi gənc nəslin estetik tərbiyəsinin, ümumi musiqi zövqünün formalaşdırılması, onların yaradıcılıq imkanlarının inkişaf etdirilməsi, ifaçılıq qabiliyyətlərinin yüksəldilməsi və təkmilləşdirilməsindən ibarətdir.
Müsabiqə instrumental ifaçılıq (tar, kamança, qanun və milli nəfəs alətləri) üzrə 2 yaş qrupundan (16-19 və 19-25) ibarət olub iki mərhələ üzrə reallaşacaq.
Müsabiqənin münsiflər heyətində Azərbaycanın tanınmış ifaçıları yer alacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [22:14]
Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]