Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclis Aİ-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin bəyanatını şiddətlə qınayıb

Milli Məclis Aİ-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin bəyanatını şiddətlə qınayıb

Bakı, 27 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Milli Məclisi Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin 2025-ci il 25 fevral tarixli bəyanatını şiddətlə qınayır, bu sənədi Avropa Parlamenti ilə Ermənistanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının növbəti nümunəsi kimi qiymətləndirir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Milli Məclisinin Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin bəyanatına münasibətində bildirilib.

Qeyd olunub ki, Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində qəbul edilmiş bu bəyanat Azərbaycan əleyhinə səsləndirilmiş absurd və tamamilə əsassız ittihamlar həm Ermənistanın, həm də Avropa Parlamentinin əsl mahiyyətini bir daha ortaya qoyur.

Nəticə etibarilə, bu bəyanat Ermənistan tərəfinin Azərbaycanla danışıqlar prosesində qeyri-səmimiliyini yenidən nümayiş etdirmiş oldu. Ermənistan parlamentinin, o cümlədən Komitənin işində iştirak edən hakim partiyanın nümayəndələrinin Ermənistan rəhbərliyinin Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınması, habelə dövlətlərarası münasibətlərin normallaşdırılması ilə bağlı çıxışlarına birbaşa zidd olan birgə bəyanatı dəstəkləməsi bunun bariz göstəricisidir.

Digər tərəfdən, bu bəyanat Avropa Parlamentində Azərbaycana münasibətdə dərin kök salmış nifrət siyasətinin növbəti təzahürüdür.

Bəyanatda Ermənistanı israrla qurban kimi qələmə verməyə çalışanlara xatırlatmaq istərdik ki, Ermənistan onilliklər boyu faşist ideologiyasını bəsləyən bir ölkədir. Bu ideologiya da onun Azərbaycana qarşı 30 illik təcavüzünün əsasını təşkil edir. İşğal dövründə Ermənistan ağır cinayətlər, o cümlədən hərbi cinayətlər, insanlığa qarşı cinayətlər və soyqırımı aktları törədib. Ermənistan etnik təmizləmə həyata keçirib və bir milyona yaxın azərbaycanlını öz doğma yurdlarından, o cümlədən Zəngəzur, Dərələyəz, Göyçə və digər ərazilərdən qaçqın və məcburi köçkün vəziyyətinə salıb. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini yerlə-yeksan edərək talan edib, dövlət və şəxsi mülkiyyətə milyardlarla ABŞ dolları dəyərində maddi ziyan vurub, işğal olunmuş ərazilərdə və Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni irsi məhv edib və özününküləşdirib.

Ermənistan sonrakı rəhbərliyi dövründə hərbi cinayətlərin araşdırılması üçün heç bir addım atmayıb. Onilliklər ərzində günahsız azərbaycanlılara qarşı törədilmiş ağır cinayətlərə görə heç bir erməni məsuliyyətə cəlb olunmayıb. Bu vəziyyət səhvən demokratik və insan haqlarının müdafiəçisi kimi təqdim edilən Ermənistanın indiki hökuməti dövründə də davam etməkdədir.

Təəssüflər olsun ki, Azərbaycan ərazilərinin işğalı ilə bağlı çoxsaylı beynəlxalq sənədlərə, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, nə Avropa İttifaqı, nə də onun parlament strukturu heç bir zaman Ermənistana qarşı sanksiyaların tətbiqinə çağırış etməyib və bununla da faktiki olaraq, Azərbaycan ərazilərinin qanunsuz işğalının davam etməsini təşviq edib. Bu isə Azərbaycana qarşı sanksiyaların tətbiqinə səsləyən avropalı parlamentarilərdə dərin kök salmış azərbaycanofobiya meyillərini ifşa edir.

Ermənistanın onilliklər boyu Azərbaycan ərazilərini minalarla çirkləndirməsinə, ölkəmizə qarşı bu irqçi siyasətin nəticələrinin aradan qaldırılması istiqamətində əməkdaşlıqdan yayınmasına münasibətdə də Avropa Parlamentindən hər hansı bir mövqe bildirilməməsi təəssüf doğuran digər bir məqamdır. Belə görünür, avropalı parlamentarilər günahsız insanların həyatını itirməyə davam etməsini, bu minaların Azərbaycanın yalnız öz imkanları hesabına apardığı yenidənqurma və bərpa işlərinə ciddi əngəllər törətməsini dərk etməkdə acizdirlər.

Avropa Parlamenti keçmiş münaqişə dövründə itkin düşmüş 4000 azərbaycanlının taleyinə də eyni dərəcədə biganəlik nümayiş etdirir. Halbuki işğaldan azad edilmiş ərazilərdə tapılan kütləvi məzarlıqlar Ermənistanın azərbaycanlılara qarşı törətdiyi qeyri-insani hərəkətlərin miqyasını və vəhşiliyini bir daha təsdiq edir.

Avropalı parlamentarilər insan haqları, o cümlədən geri qayıtmaq hüququ haqqında danışarkən, nədənsə 1980-ci illərin sonlarında indiki Ermənistandan zorla qovulmuş təxminən 250 min azərbaycanlı qaçqının geri qayıtmaq hüququnu rahatlıqla gözardı edirlər. Sağlam məntiq Avropa Parlamentinin bu fundamental insan haqları məsələsinə ədalətli yanaşma nümayiş etdirməsini, Ermənistanı bu insanların öz ata-baba torpaqlarına qayıtması üçün lazımi şərait yaratmağa çağırmasını tələb edir. Təəssüf ki, həm Ermənistan, həm də Avropa Parlamenti iki ölkə arasında etimadın qurulmasına müsbət töhfə verəcək bu məsələni görməzlikdən gəlməyə israr edirlər. Bu cür davranış isə Avropa İttifaqının qoruduğunu iddia etdiyi liberal dəyərlərə tamamilə ziddir.

Azərbaycanın Ermənistanın konstitusiyası və digər hüquqi sənədləri ilə bağlı narahatlığı qanuni və əsaslıdır. Reallıq budur ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Bu vəziyyət isə həmin ölkənin ali sənədinə zidd olan istənilən beynəlxalq sazişin qanuniliyini şübhə altına alır. Belə olan halda, Ermənistanın konstitusiyasına düzəlişlər edilməsinin zəruriliyinə dair Azərbaycanın mövqeyi heç bir halda maksimalist mövqe deyil, eyni zamanda, Ermənistanın özü üçün də, sadəcə, daxili məsələ deyil. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıması təmin olunmalıdır.

Aİ-nin Ermənistandakı missiyası (EUMA) ilə bağlı qeyd etmək lazımdır ki, bu missiya Azərbaycan tərəfinə verilən vədlərə zidd olaraq yaradılıb və Ermənistanla Azərbaycan arasında regional sabitliyin və etimadın gücləndirilməsinə dair öncədən bəyan edilmiş məqsədə xidmət etmir. Müşahidələr göstərir ki, EUMA faktiki olaraq, düşmənçilik yaymaq və əsassız azərbaycanofobiyanı qızışdırmaq üçün təbliğat vasitəsi kimi geniş şəkildə istifadə edilir. Ötən dövr ərzində bu missiya Azərbaycana qarşı qərəzini açıq şəkildə nümayiş etdirib, saxta və yalan xəbərlərin yayılması aləti kimi tətbiq olunub. Təəssüf ki, EUMA-nın təxribatçı fəaliyyəti Ermənistanı cəsarətləndirməyə davam edir və onu Azərbaycanla münasibətləri birdəfəlik normallaşdırmaq səylərindən çəkindirir. Belə fəaliyyət sərhəd boyu gərginliyi süni şəkildə artırmaq potensialına malikdir.

Aİ-nin öz qonşusunun ərazisini 30 il ərzində işğal altında saxlamış Ermənistana Avropa Sülh Mexanizmi və digər proqramlar vasitəsilə hərbi dəstək vermək qərarı isə dərin narahatlıq doğurur. Bunun regionda sülh və sabitliyə töhfə vermək səyləri ilə heç bir əlaqəsi yoxdur. Təcavüzkar ölkəyə göstərilən bu yardım regionda sabitliyi pozmağa və potensial olaraq silahlanma yarışını alovlandırmağa yönəlmiş addımdır.

Qeyd olunanları nəzərə alaraq, Aİ-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesindəki roluna dair bəyanatda səsləndirilən iddiaların da heç bir əsası yoxdur. Aİ öz qurumlarının və bəzi üzv dövlətlərin bir sıra hərəkətləri nəticəsində bu prosesdəki rolunu itirib. Avropa Parlamenti bu məsələdə xüsusi fəallıq göstərib və beləliklə, bu məsələdə təəssüf hissi keçirməyə heç bir mənəvi haqqı yoxdur.

Bütün bunlar fonunda, Azərbaycan Respublikasının Milli Məclisi Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin tarixi faktları təhrif edən və Azərbaycanı ədalətsiz şəkildə ittiham edən qərəzli və birtərəfli bəyanatını qəti şəkildə rədd edir. Belə addımlar yalnız fikir ayrılıqlarını dərinləşdirməyə xidmət edir, sülh və barışığı təmin etmək səylərini sarsıdır. Əgər Avropa Parlamenti həqiqətən də Cənubi Qafqazda sabitliyi təşviq etməyə çalışırsa, bu qurum ötən dövrlərdəki haqsızlıqları etiraf edən, Ermənistanın revanşist siyasətini və militarizasiya cəhdlərini təşviq etməyən tarazlı və ədalətli yanaşmanı rəhbər tutmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Paytaxtın bəzi yollarında sıxlıq müşahidə olunur

Vaşinqtonda keçirilən Trans-Xəzər Forumu Orta Dəhlizin artan strateji rolunu önə çıxarıb

Futbol üzrə dünya çempionatı start götürür

Finlandiya 15 yaşdan aşağılar üçün sosial media qadağasını nəzərdən keçirir

Çində partlayış nəticəsində 7 nəfər ölüb

Belçikada sosial mənzillərin bölgüsündə illərlə davam edən saxtakarlıq aşkarlanıb

ABŞ senatoru: Mərkəzi Asiyada və Qafqazda artan iqtisadi inteqrasiya birgə maraqlara xidmət edəcək

Trampdan xəbərdarlıq: Razılaşma olmazsa, İrana zərbələr davam edəcək

ABŞ ordusu İranda bir neçə hədəfə zərbələr endirdiyini açıqlayıb

Pit Heqset: ABŞ bu gecə İrana sərt hərbi zərbələr endirəcək

“Maritsa Səhnələri” festivalında Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib

Bakıda meditasiya və daxili harmoniya mövzusunda görüş: Sri-Sri Ravi Şankarın mesajları

Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Sri-Sri Ravi Şankar: Dünyadakı münaqişələrin bitməsinin yeganə çıxış yolu dialoqdur

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir -  EKSKLÜZİV VİDEO

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir - EKSKLÜZİV VİDEO

Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir