MİLLİ MƏCLİS “AZƏRBAYCAN RESPUBLİKASIKONSTİTUSİYASININ 95-Cİ MADDƏSİNİNI HİSSƏSİNƏ ƏLAVƏLƏR EDİLMƏSİ HAQQINDA”KONSTİTUSİYA QANUNUNU İKİNCİ SƏSVERMƏDƏQƏBUL ETMİŞDİR
Parlamentin sədri Oqtay Əsədov demişdir ki, dekabrın 12-də ölkəmizdə bütün türk dünyasının dahi oğlu, böyük insan, qüdrətli şəxsiyyət Heydər Əliyevin xatirəsinin anım günü keçirilmişdir. Heydər Əliyev Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən görkəmli şəxsiyyətdir. Xalqımızın bütün müsbət cəhətlərini, yaradıcılıq enerjisini özündə cəmləşdirən Heydər Əliyev Azərbaycanın şərəf və ləyaqət rəmzinə çevrilmişdir. Vətəni, xalqı necə sevməyi o, bizə öyrədib. Onun sayəsində biz XXI əsrə inamla qədəm qoymuşuq.
Milli Məclis sədrinin təklifi ilə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov noyabrın 6-da keçirilmiş parlament seçkiləri barədə ətraflı məlumat vermiş, Milli Məclis tarixində ilk dəfə, deputatlara deputat mandatını parlamentdə təqdim etmiş və onlara fəaliyyətlərində uğurlar arzulamışdır.
Daha sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanmışdır. Əvvəlcə, “Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinə əlavələr edilməsi haqqında” Konstitusiya Qanunu ikinci səsvermədə müzakirə olunmuşdur.
Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov demişdir ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü ilə parlamentə daxil olmuş bu layihə 2005-ci il mayın 10-da Milli Məclisdə birinci səsvermədə qəbul edilmişdir. Amma, Konstitusiyanın 56-cı maddəsinə uyğun olaraq, 6 ay keçdikdən sonra bu Qanun ikinci dəfə səsə qoyulmalı və ən azı 95 səs çoxluğu ilə qəbul olunmalıdır. Konstitusiya Qanununa edilən əlavələr Milli Məclisin səlahiyyətlərinə aiddir. Həmin əlavələrə görə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası üzvlərinin təyin edilməsi, Azərbaycan Respublikası Dövlət Qulluğunu İdarəetmə Şurası, bu Şura yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası üzvlərinin bir qisminin seçilməsi, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası üzvlərinin təyin edilməsi Milli Məclisin səlahiyyətləri siyahısına daxil edilmişdir.
Layihə 98 səs lehinə olmaqla, ikinci səsvermədə təsdiqlənmişdir.
Sonra Milli Məclisin daimi komissiyalarının sədr müavinləri, üzvləri, eləcə də intizam komissiyasının üzvləri təsdiqlənmiş, Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupları yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb
- 11.06.2026 [23:01]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [22:51]
Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub
- 11.06.2026 [22:23]
“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib
- 11.06.2026 [22:14]
Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib
- 11.06.2026 [21:36]
Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı
- 11.06.2026 [20:50]
Albaniya Respublikasının Baş naziri Edi Ramadan
- 11.06.2026 [20:10]
Qambiya Respublikasının Prezidenti Adama Barroudan
- 11.06.2026 [20:09]
Bu saata olan əsas xəbərlər
- 11.06.2026 [20:00]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:58]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:48]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:31]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [19:24]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [19:21]
Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar
- 11.06.2026 [19:08]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [19:00]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:58]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:53]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:52]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [18:43]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [18:39]
Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH
- 11.06.2026 [18:32]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [18:28]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:20]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:17]