MİLLİ MƏCLİS İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİLİN HESABATINI TƏSDİQLƏMİŞDİR
Sonra Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanının) illik hesabat məruzəsi (məruzə kitabça şəklində зap edilərək, deputatlara paylanmışdır) dinlənilmişdir.
Ombudsman Elmira Süleymanova “Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” məruzəsində bildirmişdir ki, insan hüquqlarının qorunması və etibarlı təmin edilməsi, demokratik idarəetmənin təkmilləşdirilməsi, dцvlətзiliyin mцhkəmləndirilməsi məqsədi ilə yaradılmış, Azərbaycan Respublikasının Konstitusiyasında, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və dövlət, yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquq və azadlıqlarının bərpasında məhkəmədənkənar hüquq müdafiə orqanı olan Müvəkkil təsisatının da müəyyən rolu olmuşdur. Müvəkkil insan hüquqlarının qorunması işinin təkmilləşdirilməsinə təsir və yardım etmək imkanlarını əsirgəməmiş, aşkar edilmiş çatışmazlıqlara və problemlərə, o cümlədən, bu və ya digər dövlət orqanlarının və vəzifəli şəxslərin hərəkəti (hərəkətsizliyi) ilə bağlı hallara diqqəti cəlb etmiş, bununla da insan hüquqlarının daha ciddi müdafiə olunmasına yardım gцstərmişdir.
Müvəkkil fəaliyyətini daha da genişləndirmiş, təsisatın regional mərkəzləri yaradılmışdır. Aparatın işçiləri mütəmadi surətdə yerlərdə olmuş, müraciətlərdə qaldırılan problemləri öyrənmiş və onların həllinə çalışmışlar.
Ötən il müvəkkilin ünvanına daxil olan müraciətlərin sayı əvvəlki illərlə müqayisədə artmışdır. Belə ki, 2004-cь ildə 6300 ərizə və şikayət daxil olduğu halda, 2005-ci ildə bu rəqəm 7460-a çatmışdır. Həmin müraciətlərin 92,7 faizi şikayət, 7,1 faizi ərizə, 0,2 faizi isə təkliflər olmuşdur. Şikayətlərin 38,2 faizi mьlki və siyasi hüquqların, 61,8 faizi isə iqtisadi, sosial və mədəni hüquqların pozulması ilə bağlıdır. Onların da 48,4 faizi baxılmaq üçün icraata qəbul edilmişdir. Araşdırma zamanı onların yalnız 37,1 faizində insan hüquq və azadlıqlarının pozulması faktları aşkarlanmışdır. Baxılmağa qəbul edilmiş şikayətlərin 25,8 faizi tam, 5,9 faizi qismən təmin edilmiş, 5,4 faizi isə təmin olunmamışdır.
Məruzədə Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının vəziyyətinə dair ümumiləşdirilmiş təhlil, bu sahənin prioritet istiqamətləri ilə bağlı nəticə və tövsiyələr də əksini tapmışdır.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur. Deputatlar hesabatla bağlı rəy və təkliflərini bildirmiş, məruzədəki bəzi detallarla bağlı tənqidi fikirlər söyləmişlər.
Fasilədən sonra məruzə ətrafında müzakirələr davam etdirilmişdir. Sənəd ьmumilikdə mьsbət qiymətləndirilsə də, bir sıra irad və təkliflər də səslənmişdir. Bildirilmişdir ki, ombudsmanın Milli Məclislə, hüquq müdafiəçiləri və digər qeyri-hökumət təşkilatları ilə əməkdaşlığı zəifdir. Son dövrlər bəzi nazirlərin, dövlət məmurlarının, icra strukturlarının, hakimlərin işdə yol verdikləri nöqsanlar mətbuatda geniş hallanır. Dövlət başçısı da həmin məmurlara sərt iradlarını bildirmişdir. Amma məruzədə bu cür faktlar əksini tapmamışdır.
Deputatlar ombudsmanın internet saytının açılmasını, aylıq jurnalının və ya bülleteninin nəşr olunmasını təklif etmişlər.
Sonra müvəkkil Elmira Süleymanova qaldırılan məsələlərə aydınlıq gətirmiş, deputatları maraqlandıran sualları cavablandırmış, səslənən iradların nəzərə alınacağını, nöqsanların aradan qaldırılacağını bildirmişdir.
Milli Məclisin sədri Oqtay Əsədov mьzakirələrə yekun vuraraq, hesabatın əhəmiyyətindən danışmış, məruzəni, ümumilikdə, qənaətbəxş hesab etmiş, irad və təkliflərin gələn hesabata qədər nəzərə alınacağına, ombudsmanın parlamentlə əlaqələrinin gücləndiriləcəyinə ümidvar olduğunu bildirmişdir.
Sonda hesabat səsə qoyularaq təsdiqlənmişdir.