MİLLİ MƏCLİS SƏDRİNİN BİRİNCİ MÜAVİNİ BEYNƏLXALQ İQTİSADİ FORUMDA İŞTİRAK EDƏCƏK
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, parlament sədrinin birinci müavini Arif Rəhimzadə VIII Beynəlxalq İqtisadi Forumda iştirak etmək üçün iyunun 14-də Sankt-Peterburqa yola düşəcəkdir. Foruma müxtəlif ölkələrin hökumət başçıları, qanunverici orqanların və iqtisadi təşkilatların rəhbərləri qatılacaqlar.
İclasda “Qloballaşma şəraitində iqtisadi inkişaf” mövzusunda müzakirələr aparılacaq, bir sıra iqtisadi məsələlərə toxunulacaqdır. Tədbirdə Milli Məclisin deputatı Elton Məmmədov da iştirak edəcəkdir.
Parlamentarlarımız bu forum çərçivəsində təşkil edilmiş iqtisadi sərginin və MDB ölkələri Sahibkarları Konqresinin açılışında da iştirak edəcək, Müstəqil Dövlətlər Birliyi məkanında mövcud iqtisadi vəziyyətlə tanış olacaqlar.
Səfər iyunun 18-də başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:17]
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
- 02.10.2026 [11:00]