Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİLLİ MƏCLİS XOCALI SOYQIRIMININ 15 İLLİYİ İLƏ ƏLAQƏDAR BƏYANAT VƏ QƏRAR QƏBUL ETMİŞDİR

AZƏRTAC xəbər verir ki, parlamentin fevralın 27-də keçirilmiş iclasında Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində dəyişikliklər edilmişdir. Sonra “Azərbaycan Respublikası Prezidentinin “Bağ təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununa etirazları barədə” məsələ müzakirə olunmuşdur. Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov demişdir ki, dövlət başçısının parlamentə göndərdiyi sənəddə, keçmiş sovet dövlətindən miras qalmış bağ təsərrüfatının mövcud bazar münasibətləri ilə ziddiyyət təşkil etdiyi qeyd olunur. Bildirilmişdir ki, 2006-cı il dekabrın 22-də parlamentdə qəbul edilmiş “Bağ təsərrüfatı haqqında” Qanun həmin sahədə islahatlar aparılmasına xidmət etmir və Azərbaycan Respublikasının Konstitusiyası, Torpaq Məcəlləsi, Mülki Məcəlləsi və digər qanunlarla ziddiyyət təşkil edir.
Sənəddə tövsiyə olunur ki, digər sahələr kimi, bağçılıq sahəsində də islahatların aparılması zəruriliyi nəzərə alınaraq, vətəndaşların qanuni mənafelərinin müdafiəsi üçün onların istifadəsində olan bağ sahələrinin özəlləşdirilməsi təmin edilməlidir.
Fikir mübadiləsi zamanı deputatlar 5 fəsil, 26 maddədən ibarət Qanunun deyilən təkliflər, tövsiyələr nəzərə alınmaq şərtilə yenidən hazırlanmasının vacibliyini vurğulamışlar. Bağ təsərrüfatı subyektləri arasında münasibətləri tənzimləyəcək yeni layihədə bazar iqtisadiyyatı, sahibkarlıq fəaliyyəti, dövlət və bələdiyyə fondunda olan torpaqlardan istifadə qaydaları, özəlləşdirmə haqqında qanunların müddəalarının nəzərə alınması zəruriliyi qeyd olunmuş və Qanun yenidən işlənmək üçün müvafiq komissiyaya qaytarılmışdır.
İclasda “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” qanun layihəsinə də baxılmışdır. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” (təhsil hüququ ilə bağlı), “Toxumçuluq haqqında” (fitosanitar nəzarəti ilə əlaqədar), Cinayət Məcəlləsinə (vəzifə saxtakarlığı) və İnzibati Xətalar Məcəlləsinə (fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulması) təklif olunan dəyişikliklərə və əlavələrə münasibət bildirilmiş və layihə səs şoxluğu ilə qəbul edilmişdir.
Sonra “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” dinlənilmişdir. Ədliyyə nazirinin müavini Vilayət Zahirov çıxış edərək demişdir ki, ötən il ölkədə yerli demokratiyanın inkişafına yönələn müxtəlif tədbirlər həyata keçirilmiş, yerli özünüidarə orqanlarının daha yaxşı təşkilatlanması üçün qanunvericilik aktları qəbul edilmişdir. 2006-cı ildə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi istiqamətində də xeyli işlər görülmüşdür. Həmin dövrdə Ədliyyə Nazirliyinə inzibati nəzarət qaydasında baxılması üçün 16703 bələdiyyə aktı təqdim olunmuşdur ki, bu da 2005-ci ildəkindən 65 faiz çoxdur. 988 aktın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bələdiyyələrə təkliflər verilmiş, 466 bələdiyyə qərarı ləğv edilmiş, 22-si dəyişdirilmişdir. 146 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar tərtib olunaraq məhkəmələrə göndərilmiş, 18 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunmuş, 17 bələdiyyə barəsində Respublika prokurorluğu tərəfindən cinayət işi başlanmışdır. İl ərzində 1559 hektar torpaq sahəsinin qanunsuz satışı və icarəyə verilməsinin qarşısı alınmışdır.
Yerli özünüidarə orqanlarına metodoloji yardım göstərilməsi məqsədi ilə 2006-cı il ərzində bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları üçün kurslar təşkil olunmuş, seminarlar keçirilmiş, metodik vəsaitlər hazırlanmışdır. Hesabat dövründə 1633 vətəndaş qəbul edilərək, onların müraciətlərinə baxılmış, qanunvericiliklə bağlı izahatlar verilmişdir. Ötən il bələdiyyələrin daha yaxşı təşkilatlanması ilə də əlamətdar olmuşdur. Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi və Norveç Yerli və Regional Hakimiyyətlər Assosiasiyası ilə sıx əməkdaşlıq çərçivəsində bələdiyyələrin milli assosiasiyalarının təşkili işi nəzərdə tutulduğundan xeyli əvvəl başa çatdırılmış, şəhər, qəsəbə və kənd bələdiyyələrinin 3 milli və 3 regional assosiasiyası yaradılmışdır. Bələdiyyələrin fəaliyyətinin və onlara inzibati nəzarətin təkmilləşdirilməsi sahəsində xarici ölkələrin dövlət və yerli özünüidarə orqanları, habelə beynəlxalq təşkilatlarla məqsədyönlü əməkdaşlıq əlaqələri qurulmuşdur. Türkiyə, Latviya və Norveçin yerli özünüidarə orqanları, Avropa Şurası, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti, Seçki Sistemləri üzrə Beynəlxalq Fond və Azərbaycanda fəaliyyət göstərən digər beynəlxalq təşkilatlarla təcrübə mübadiləsi aparılmış, digər tədbirlər həyata keçirilmişdir.
Sonra müzakirələr aparılmış, deputatlar məruzəni qənatbəxş hesab etmişlər.
                                                                     Axşam iclasında Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin sənədləri qəbul olunmuşdur. Parlament sədrinin müavini Bahar Muradova çıxış edərək demişdir ki, Xocalı soyqırımı ilə bağlı fevralın 26-da keçirilmiş müzakirələrdən sonra Milli Məclisin bəyanatına və qərar layihəsinə müvafiq komissiyada yenidən baxılmış, deputatların bəzi rəy və təklifləri nəzərə alınmaqla, sənədlər əsaslı surətdə təkmilləşdirilmişdir. Sonra hər iki sənəd yekdilliklə təsdiqlənmişdir (Bəyanat və qərar qəzetin bugünkü nömrəsində dərc olunur).
Sonra “Atçılıq haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılmışdır. Milli Məclisin aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov bildirmişdir ki, birinci oxunuşdan sonra işçi qrupu layihəyə 9 maddə əlavə etmişdir. İndi 6 fəsil, 36 maddədən ibarət olan bu sənəd ölkəmizdə atçılığın təşkilinin və idarə edilməsinin iqtisadi və hüquqi əsaslarını müəyyənləşdirəcək, atçılıq subyektləri arasında münasibətləri tənzimləyəcəkdir. Layihə əsas kimi qəbul edildikdən sonra müzakirələr başlandı.
Deputatlar atçılıq təsərrüfatının inkişafı və dövlət uçotunun aparılması, atçılığın obyektləri və subyektləri, bu sahədə dövlət siyasətinin istiqamətləri, damazlıq atların Dövlət reyestrinin aparılması, cins atlar üçün şəhadətnamələrin tərtib edilməsi, cıdır meydanları, atçılıq idmanı klublarının fəaliyyəti və s. ilə bağlı maddələrə münasibətlərini bildirmiş, rəy və təkliflərini söyləmişlər. Qanun layihəsi fəsil-fəsil müzakirə olunduqdan sonra bütövlükdə səsə qoyularaq, ikinci və üçüncü oxunuşlarda qəbul edilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi