Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisdə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda dinləmə keçirilib

Bakı, 3 mart, AZƏRTAC

Martın 3-də Milli Məclisin İnsan hüquqları komitəsinin təşkilatçılığı ilə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmə keçirilib. Dinləmədə Milli Məclisin deputatları, alim və tədqiqatçılar, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak ediblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, dinləmənin əvvəlində müzakirəyə çıxarılan mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib. Burada Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpası, soydaşlarımızın öz doğma torpaqlarına qayıtmaları ilə bağlı vaxtilə söylədiyi fikirlər, onun bu istiqamətdə gördüyü işlər, keçirdiyi görüşlərə dair kadrlar öz əksini tapıb.

Videoçarxda, habelə Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə, digər keçirdiyi görüşlərdə Azərbaycan həqiqətlərini dilə gətirməsi, azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı ilə bağlı qoyduğu hədəflər və bu hədəflərə nail olmaq üçün atılan addımlar barədə etdiyi çıxışlardan fraqmentlər göstərilib.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, Qərbi Azərbaycan idealının milli gündəliyin önünə çıxdığı 2023-cü ilin Ulu Öndərin anadan olmasının 100 illik yubileyi ilə üst-üstə düşdüyünü, hər iki hadisənin tarixi, mənəvi, siyasi tellərlə bir-birinə bağlı olduğunu deyib. O, Azərbaycan Prezidentinin xalqımızın qarşısında qoyduğu yeni hədəflərdən, dövlətimizin başçısının verdiyi mesajların düzgün dəyərləndirilməsinin vacibliyindən danışıb.

Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycan icması ilə görüşündən sonra ictimai fikirdə köklü dəyişikliklər baş verir. Dövlətimizin başçısının tarixi missiyasının dövlətçiliyimizi həm coğrafi, həm də mənəvi yaddaşda birləşdirmək olduğunu, İrəvana, Göyçə mahalına, Zəngəzura qayıdışın qısa vaxtda mümkün olacağını söyləyib.

Zahid Oruc çıxışında 200 ildən artıq bir zamanda Qərbi azərbaycanlıların müxtəlif siyasi quruluşlarda ermənilərin etnik təmizləmə və soyqırımları nəticəsində yaşadığı fəlakətlərdən bəhs edib. O, Qərbi azərbaycanlıların ziyalı, intellektual, mədəni, siyasi, hərbi elitası sayılan on minlərlə görkəmli nümayəndələrinin məhv edildiyini deyib. Qeyd edib ki, nəhayət, 1988-ci ildə Qərbi Azərbaycan torpaqlarından əhalinin tamamilə deportasiyası ilə ermənilər tam etnik təmizləməni başa vuraraq Azərbaycan ərazilərinə keçiblər.

Komitə sədri diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev 1997-ci il dekabrın 18-də "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi ata-baba torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" fərman imzalayıb, hadisələrə deportasiya və soyqırımı cinayəti kimi qiymət verib, müvafiq dövlət komissiyası yaradıb. O, Prezident İlham Əliyevin tarixin saxtalaşdırılması, İrəvanın verilməsi ilə heç vaxt barışmadığını, Qərbi Azərbaycana Qayıdış vəzifəsini bütövlükdə xalqımızın qarşısında irəli sürdüyünü deyib.

Zahid Oruc Qərbi Azərbaycan icmasının yaradılması, onun təsis edilməsində dövlətimizin başçısının xüsusi rolunu qeyd edib. O, Qərbi Azərbaycan məsələsinin tarixi, mədəni, mənəvi kökləri ilə yanaşı, siyasi, ideoloji, geopolitik və hüquqi aspektləri olduğunu söyləyib. Qeyd edib ki, qayıdış kursunun bir qolu kimi Qərbi Azərbaycana dinc və layiqli dönüş bütün xalqımızın torpağa və kökə bağlılığını saxlayan tükənməz mənəvi sərvətdir.

Komitə sədri 2020-ci ilin 8 noyabrından sonra regionda baş verən mühüm dəyişikliklərdən danışıb. Bildirib ki, milli və hərbi özünəinam artıb, geosiyasi qüvvələr nisbəti Azərbaycanın xeyrinə dəyişib, qayıdış ruhu möhkəmlənib. İndi Qərbi Azərbaycan məfkurəsinin dirçəlişinə ehtiyac var. O, Ermənistandan yüz minlərlə azərbaycanlının deportasiyasının xaricdə tanıdılması və qayıtma haqqına hüquqi qiymət verilməsi üçün beynəlxalq mexanizmlərin işə salınmasının vacibliyini qeyd edib. Qərbi Azərbaycana təhlükəsiz qayıdış üçün bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlığın önəmli olduğunu deyib.

Sonra tədbirdə Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərov çıxış edib. O, 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə görüşünü xatırlayaraq, dövlət başçısının proqram xarakterli çıxışında yeni milli hədəfimizi - tarixi torpaqlarımıza qayıdışı müəyyən etdiyini deyib. Bildirib ki, bu qayıdışın bütün detalları Prezidentin tapşırığı ilə hazırlanmış Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında öz əksini tapıb.

Deputat qeyd edib ki, son 200 ildə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın hüquqları davamlı olaraq pozulub, onlar dəfələrlə deportasiyaya, soyqırımlara məruz qalıblar. O, bununla bağlı müxtəlif vaxtlarda baş vermiş tarixi hadisələr barədə məlumat verib, Vətən müharibəsində qazanılmış Qələbə nəticəsində tarixi torpaqlarımıza qayıdış üçün yeni imkanlar yarandığını deyib.

Əziz Ələkbərli diqqətə çatdırıb ki, öz torpaqlarından didərgin düşmüş soydaşlarımızın problemlərinin həlli ilə məşğul olan Azərbaycan Qaçqınlar Cəmiyyətinin 2022-ci ilin avqustunda keçirilmiş toplantısında Qərbi Azərbaycan İcması təsis edilib. O bildirib ki, İcma qarşısında duran əsas məsələ 200 ildə Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar barədə həqiqətlərin, onlara qarşı törədilən cinayətlərin dünya ictimaiyyətinə çatdırılması, soydaşlarımızın hüquqlarının müdafiəsini təşkil etməkdir.

İcma rəhbəri Prezidentin Qərbi azərbaycanlılarla görüşdə bir sıra mühüm məsələlər, o cümlədən Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması ilə bağlı qarşıya vəzifələr qoyduğunu söyləyib. O, Konsepsiyanın bir ay müddətində hazırlanaraq, təsdiq edildiyini deyib. Bildirib ki, sənəddə Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın tarixi torpaqlarına qayıtması prosesində İcmanın fəaliyyətinin ümumi prinsipləri öz əksini tapıb. O, soydaşlarımızın həmin ərazilərə qayıtdıqdan sonra təhlükəsiz yaşaması məsələsinin həll olunmasının vacibliyindən də danışıb. Qeyd edib ki, Qərbi azərbaycanlıların qayıdışı tələbi beynəlxalq hüquqa tam uyğundur. Bu istiqamətdə beynəlxalq müstəvidə də ardıcıl iş aparılmalıdır. Bu mənada, Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətinin Birləşmiş Millətlər Təşkilatının rəsmi sənədi kimi yayılması mühüm əhəmiyyət kəsb edir. İcma sədri bu istiqamətdə Qərbi Azərbaycan İcmasının səmərəli fəaliyyət göstərdiyini söyləyib.

Tədbirdə xarici işlər nazirinin müavini Xələf Xələfov çıxış edərək, müzakirəyə çıxarılan mövzunun mühüm siyasi-hüquqi xarakter daşıdığını deyib. O, məsələnin Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən sonra yaranmış yeni reallıqlar kontekstində vacibliyindən bəhs edib. Nazir müavini soydaşlarımızın öz əzəli torpaqlarına qayıdışının bütün Azərbaycan xalqının hədəfi olduğunu, bu mənada aparılan müzakirələrin milli həmrəyliyin daha da möhkəmlənməsinə xidmət etdiyini söyləyib.

Xələf Xələfov Qayıdış Konsepsiyası ilə bağlı təşəbbüsün Prezident tərəfindən vaxtında irəli sürüldüyünü, həm daxili, həm beynəlxalq müstəvidə bunun üçün lazımi imkanların yaradıldığını bildirib. O, xalqımızın yaşadığı humanitar faciənin fəsadlarının aradan qaldırılmasının, insanlarımızın pozulmuş hüquqlarının bərpasının, bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib. O, böyük potensiala malik olan Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını layiqincə həyata keçirəcəyinə inamını ifadə edib.

Nazir müavini bildirib ki, beynəlxalq normalara əməl olunaraq öz yurdlarına qayıdacaq soydaşlarımızın hüquqlarının bərpası, sosial və iqtisadi təminatı ilə bağlı öhdəliklər Ermənistan tərəfindən yerinə yetirilməlidir və bu baxımdan Qərbi Azərbaycan İcmasının üzərinə böyük məsuliyyət düşür. O, qayıdışla bağlı məsələlərin həllinə dair yol xəritəsinin hazırlanmasının önəmli olduğunu deyib. Qeyd edib ki, milli hədəfə nail olmaq üçün Prezidentin müəyyən etdiyi siyasi xəttə uyğun olaraq səylərimizi birləşdirməli, həmrəyliyimizi nümayiş etdirməliyik.

Sonra çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov ermənilər tərəfindən əsrlərdən bəri törədilmiş və özündə cinayət tərkibi ehtiva edən məsələlər barədə danışıb. O bildirib ki, azərbaycanlıların indiki Ermənistandan qanuni əsaslarla yaşadıqları ərazilərdən sistemli və irimiqyaslı formada qovulması 200 ildən artıq bir müddətdə xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin bariz nümunəsidir. Düşünülmüş şəkildə reallaşdırılan və ən ağır cinayətləri özündə ehtiva edən bu proses 1905-1920, 1948-1953, 1988-1992-ci illəri əhatə edən üç mərhələni keçib. Bunların nəticəsində Qərbi Azərbaycanın etnik tərkibi dəyişdirilib və burada monoetnik bir dövlət yaradılıb.

Deputat 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında tarixdə baş verən dəhşətli hadisələrə adekvat siyasi qiymət verildiyini və “31 mart Azərbaycanlıların soyqırımı günü” elan edildiyini bildirib. Qeyd edib ki, bununla yanaşı, Prezident İlham Əliyevin 2018-ci il 12 yanvar tarixli “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamında erməni millətçilərinin tarixin müxtəlif mərhələlərində soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımlar həyata keçirdiyi əks olunub.

Nizami Səfərov ermənilər tərəfindən törədilmiş cinayətlərin beynəlxalq hüquq baxımından qiymətləndirilməsi, milli qanunvericilikdə bu məsələlərin əks olunması ilə bağlı bəzi məqamlara toxunub. Qeyd edib ki, Azərbaycan xalqına qarşı uzun müddət ərzində ən ağır beynəlxalq cinayətlər törədilib və Qərbi Azərbaycana qayıdışın ən mühüm komponentlərindən biri bu cür cinayətlərin beynəlxalq müstəvidə tanınmasına nail olmaqdır.

İctimai dinləmədə çıxış edən parlamentin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli, üzvləri Fazil Mustafa, Hikmət Məmmədov, Bəhruz Məhərrəmov, Razi Nurullayev, Naqif Həmzəyev, Elman Nəsirov, “Azərbaycan Naminə” İctimai Mərkəzinin prezidenti Eldar Namazov, “Hüquq və İnsan Haqları İnstitutu”nun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə, Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Mahirə Hüseynova, Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev, Əməkdar jurnalist Xalid Niyazov, hüquq müdafiəçisi Çingiz Qənizadə, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanov, A.A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov, politoloq Niyaməddin Orduxanlı, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev soydaşlarımızın Azərbaycan xalqının tarixi torpaqlarına qayıdışının təmin edilməsinin vacibliyini bildiriblər. Natiqlər Qərbi Azərbaycana qayıdışla bağlı məsələnin dövlətimizin əsas hədəflərindən biri olduğunu deyiblər, Qərbi Azərbaycan İcmasının bu istiqamətdə həyata keçirdiyi işləri təqdirəlayiq hesab ediblər. Müzakirələrdə bir sıra təkliflər də səsləndirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1 həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib