Milli Məclisin deputatı Sloveniyanın Lyublyana və Xorvatiyanın Zaqreb şəhərlərində səfərdə olacaqdır
Bakı, 10 may (AZƏRTAC). Milli Məclisin deputatı Rafael Hüseynov mayın 11-dən 15-dək Sloveniyanın Lyublyana və Xorvatiyanın Zaqreb şəhərlərində səfərdə olacaqdır.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, R.Hüseynov Avropa Şurası Parlament Assambleyasının mədəniyyət, elm və təhsil komitəsinin iclasında iştirak edəcəkdir.
İclasda media siyasəti və informasiya cəmiyyətinin çağırışları, gənclərin hüquqlarına dair konvensiya, Avropa ali təhsil məkanında təhsil müəssisələrinin idarə olunması və digər mövzularda müzakirələr aparılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]