MİLLİ MƏCLİSİN DEPUTATLARI AVROPA İTTİFAQI–AZƏRBAYCAN PARLAMENTLƏRARASI ƏMƏKDAŞLIQ KOMİTƏSİNİN İCLASINDA İŞTİRAK EDƏCƏKLƏR
AZƏRTAC xəbər verir ki, oktyabrın 5-də Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Valeh Ələsgərovun başçılıq etdiyi nümayəndə heyəti Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin növbəti iclasında iştirak etmək üçün Belçikaya gedəcəkdir.
Milli Məclisdən bildirmişlər ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Çingiz Əsədullayev, Nizami İsgəndərov, Jalə Əliyeva, Gülər Əhmədova və Fuad Muradov daxildirlər.
Tədbirdə bölgədə təhlükəsizlik və sabitliyin qorunması, demokratikləşmə proseslərinin gücləndirilməsi, ölkələr arasında əməkdaşlığın genişləndirilməsi və digər məsələlər müzakirə ediləcəkdir.
Səfər oktyabrın 9-da başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [11:51]
Milli Məclis Azərbaycanla Ekvador arasındakı viza sazişini təsdiqləyib
- 19.06.2026 [11:01]
Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb
- 18.06.2026 [19:27]