Milli Məclisin deputatları Gürcüstana səfər edəcəklər
Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Milli Məclisinin deputatları Tahir Mirkişili və Rasim Musabəyov Avronest Parlament Assambleyasının VIII sessiyasında iştirak etmək üçün dekabrın 7-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfər edəcəklər.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sessiyada və tədbir çərçivəsində keçiriləcək qurumun müvafiq komitə iclaslarında “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində təhsil sahəsində islahatlar: çağırışlar və imkanlar”, “Şərq Tərəfdaşlığı ölkələrində demokratiya, dövlət qurumlarının hesabatlılığı və səmərəliliyinin möhkəmləndirilməsində parlament nəzarəti bir vasitə kimi”, “Enerji sektorunda həmrəylik və yaxınlaşma - mütərəqqi normativ tənzimləmə bazasına doğru”, “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində iqtisadi artımı stimullaşdırmaq və səmərəliliyi artırmaq üçün rəqəmsallaşdırmanın asanlaşdırılması” mövzularında müzakirələr aparılacaq.
Deputatlarımız qeyd olunan məsələlər barədə fikirlərini bildirəcəklər.
Səfər dekabrın 10-da başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:26]
Bir sıra qanunlarda dəyişiklik edilir
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:06]
Yeni qanunla kimlər pulsuz hüquqi yardım ala biləcək? - LAYİHƏ
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb
- 04.10.2026 [23:37]
Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb
- 04.10.2026 [23:06]
GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir
- 04.10.2026 [22:32]
Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB
- 04.10.2026 [22:13]
Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
- 04.10.2026 [21:23]
Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq
- 04.10.2026 [21:04]
Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb
- 04.10.2026 [20:30]
Biləsuvarda avtomobil aşıb, xəsarət alan var
- 04.10.2026 [20:25]