Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİLLİ MƏCLİSIN İNSAN HÜQUQLARI DAİMİ KOMİSSİYASI SƏDRİNİN MÜAVİNİ RƏBİYYƏT ASLANOVANIN ÇIXIŞI

-Hörmətli mərasim iştirakçıları!

Dünya şöhrətli ümummilli lider, zəmanəmizin görkəmli şəxsiyyəti və dövlət xadimi Heydər Əliyevin ideya-siyasi, nəzəri-praktiki irsinin sistem kimi öyrənilməsi bu gün elmimizin şərəf borcu, həqiqətə xidmət etmək missiyasıdır.

Ulu öndərimizin əbədiyyətə qovuşduqdan sonra, onun Azərbaycan tarixi fonunda görünən əzəməti və zəkasına, Azərbaycan adlı məmləkətin varlığını arzudan real gerçəkliyə çevirmək sahəsində fəaliyyəti və xidmətinə həsr olunmuş əsərlər işıq üzü görməkdədir. Bu da təbiidir. Çünki bu gün alimlər, tədqiqatçılar Böyük Öndər qarşısında vəfa, sədaqət borcunu yerinə yetirməyə çalışırlar. Bu gün bu kitablar yazılır. Bu kitablar sabah da yazılacaq və qəti əminəm ki, sabah yazılacaq kitablar bu gün yazılan əsərlərdən daha obyektiv olacaqdır. Çünki bu xidmətlərin əsl məzmunu, əsl mahiyyəti zaman keçdikcə daha da açılacaqdır.

Biz bu gün çox dəyərli bir kitabın təqdimat mərasimində iştirak edirik. Yüksək ehtiramın, böyük məhəbbətin təzahürü olan bu kitab dünyanın ən böyük sirri, möcüzəsi olan tarixi şəxsiyyətlərdən birinin - Böyük Öndərimiz cənab Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin yalnız müəyyən tərəflərini işıqlandırmaq məqsədi ilə yazılmış əsərdir. Fəlsəfə elmləri doktoru, professor Ramiz Mehdiyevin “Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr”i 30 ildən artıq müddət ərzində böyük bir dühanı hər gün görmək, onunla ünsiyyətdə olmaq, böyük Öndərin sevincli və kədərli anlarını müşahidə etmək, yüksək idarəçilik və təşkilatçılıq məharətindən bəhrələnmək xoşbəxtliyini yaşamış bir insanın təəssüratlarıdır, fikirləridir.

Əsərin qiyməti də məhz bundadır. Oxuduqca, müəllifə qibtə hissi keçirirsən. Çünki bu, adi xatirələr çələngi deyildir. Bu, müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin və sosial tərəqqinin məhz belə bir tarixi şəxsiyyətin əməli fəaliyyətinin nəticəsi olmasının təsdiqidir. Bu, həm də elmi təhlildir, yüksək məsuliyyət hissi ilə deyilmiş həqiqətdir.

Əsərdə Heydər Əliyev fenomeni yaşadığımız “dünya” adlı nəhəng miqyasda, qlobal və ümumbəşəri konteksdə, Şərq və Qərb məkanının tarix boyu yetişdirdiyi ən görkəmli, bənzəri olmayan şəxsiyyət mövqeyindən dəyərləndirilmişdir.

Ali səmimiyyət nümayiş etdirən müəllif etiraf edir ki, “Heydər Əliyevin siyasi portretini tam dolğunluğu ilə yaratmaq mümkün deyil, çünki bu, bütöv bir dövrü təsvir etməyə cəhd göstərmək demək olardı”.

Bu, həqiqətdir, bununla razılaşırıq. Çünki yalnız böyük ictimai proseslərin təhlili, elmi analizi zamanı tarixi şəxsiyyətin rolu obyektiv qiymətləndirilə bilər. Fəqət, böyük ictimai proseslərin nisbi başlanğıc və nisbi sonluq nöqtələrini dərk edə bilmədiyimizdən, bu interval daxilində proseslərin axarına qatılaraq, onu bir tam kimi qavramaq, imkanımızın məhdudluğundan prosesləri istiqamətləndirən qüvvənin mahiyyətinə varmaq bəzən həddindən artıq çətin olur.

Dünyaya öz dünyasının gözü ilə baxmaq, hadisələrə və insanlara öz ölçüləri baxımından qiymət vermək, təhlil imkanlarından sona qədər istifadə etməmək fərdə xas keyfiyyətlərdir. Bəlkə də, bir insan ömrünün qısalığı buna imkan vermir.

Mürəkkəb ictimai–siyasi, sosial münasibətlərə müdaxilənin çətinliyini dərk edən, içərisində olduğu toplumdan ayrılmağın, axına qarşı üzməyin ağrısına dözə bilməyəcəyini anlayan insan Tarixi Şəxsiyyət qarşısında heyranlıq və heyrət hissi yaşayır. Çünki özündə ola bilməyən o cəsarəti, qüdrəti məhz həmin şəxsiyyətdə görür.

Böyük Zəkanın qeyri-məhdud imkanları isə mühiti öz ölçülərinə uyğunlaşdırmağa yönəlir. Hər bir fərdin davranış və düşüncəsini idarə etməyə qadir olan bu enerji insanların taleyinin ayrılmaz hissəsinə çevrilir. Bu isə öz növbəsində, milli qürur, milli heysiyyət hissini formalaşdırır. Gələcəyə ümid, inam hissi yaradır. Cəmiyyətdə, mühitdə yeni, daha mütərəqqisini, gözəlini yaratmaq istəyir və həmin mühitdə yaşayan insanların davranışına, düşüncə tərzinə təsir edərək, onları da yeniləşdirir, ətrafa, dünyaya münasibətində daha gözəl cəhətlər yaratmağa sövq edir.

Bir insanda zaman və məkanca əlçatmaz uzaqlarda olan görkəmli şəxslərin təcrübəsi ümumiləşirsə, bu təcrübə yeni şəraitdə yeni proqnozlar verməyə və ali məqsədlərin reallaşmasına yardım etməyə qadirdirsə, bu cəmlənmiş enerji Əbədi Ruhun ölməzliyinin təsdiqidir.

Bu enerjinin yaşı yoxdur. Onun yaşı xalqımın, millətimin yaşı qədərdir. Bu enerji müxtəlif zamanlarda reallaşır, konkret tarixi şəxsiyyətlərin fəaliyyətində gerçəkləşərək, milli varlığı təmin edir, şərəfli missiyasını yerinə yetirib “Yaşa, millətim!” - deyib əbədiyyətə qovuşur. Əsərdə bu ruhun daşıyıcısı - Böyük Öndərimiz haqlı olaraq, Tanrı payı adlandırılmışdır.

Tarixin əsas hərəkətverici qüvvəsi çağırışdır. Tarixi şəxsiyyətin ən böyük qətiyyəti zamanın çağırışına cavab vermək əzmi, qabiliyyətidir. “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır” ifadəsi zamanın çağırışına verilən cavabdır. Dövlətin, millətin tarixi inkişafında müəyyən müdaxilələr nəticəsində kəsilən, fasilələr yaranan zaman tarix yaddaşlarda ən böyük məqsədlərin dəyərini azaldır, millətin öz qüvvəsini yenidən cəm etmək imkanı kiçilir. Məhz buna görə Böyük Öndərimiz müstəqilliyimizin əbədi olmasını, müstəqil Azərbaycanın bir də heç vaxt tarix ağrısı yaşamaması üçün bu məqsədi həyatının mənası hesab edirdi.

Heydər Əliyev Azərbaycan adlı məmləkətdə tarix boyu dövlətçilik, idarəetmə və siyasi liderlik ənənəsinin və təcrübəsinin çox dərin köklərə malik olduğunu dünyaya nümayiş etdirdi. Böyük Öndər çox gözəl bilirdi ki, yalnız keçmiş yaddaşla yaşayan insanlar zaman duyğusunu itirir. Keçmiş irsə arxalanaraq, gələcəkdə özünü təsdiq imkanını genişləndirmək əsas vəzifədir.

Azərbaycan türk dünyasının bəşər tarixində yalnız fatehlik, böyük hərb və qılınc himayəsi və gücünə deyil, həm də siyasi mədəniyyət, diplomatiya və dövlətçilik kimi köklərə əsaslandığını aşkara çıxartdı. Bu gün dünyaya yüksək diplomatik məharət nümayiş etdirən Böyük Öndərimizin şəxsi nümunəsi buna sübutdur. Bu ənənə davam edir. Hörmətli Prezidentimiz cənab İlham Əliyevin fəaliyyəti bu fasiləsizliyi təmin edəcəkdir.

Müstəqil dövlətin dönməzliyini, sarsılmazlığını daxilən azad, milli təfəkkürlü, milli ruhun qorunub saxlanmasında maraqlı olan vətəndaş təmin edə bilər. Fərdin vətəndaşa çevrilməsi mürəkkəb prosesdir. Əsl vətəndaş mövqeyini milyonlara nümunəyə, örnəyə çevirən Böyük Öndərimiz azərbaycanlı obrazını dünyaya təqdim etdi. Mənəvi dirçəliş sahəsində atılan hər bir addım azərbaycanlı obrazının cilalanmasına xidmət edir. Şəxsiyyət fenomeninə çox qısqanclıqla yanaşan dünya bu gün bunu qəbul edir.

Dünyanın ixtiyar sahiblərini, siyasi elitasını təşkil edən dövlət xadimlərinin kitabda toplanan ürək sözləri, səmimi heyrəti, təəccüb və ehtiramı Böyük Öndərimizə verilən qiymətdir, böyük etirafdır.

Azərbaycan millətini və xalqını öz-özünə və bütün dünyaya tanıtdıran insanın – Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının 10 illiyinə həsr olunmuş yubiley mərasimində söylədikləri yaxşı yadımızdadır: “Azərbaycanı sayırlar, bizə hörmət edirlər, bizimlə hesablaşırlar”. Bəlkə bu sözü demək, bütün ömrünü həsr etdiyi məqsədlərin son nəticəsi idi. Doğrudan da çox məğrurluqla deyilən bu söz hamımızda məsuliyyət hissi yaradır. Biz də buna çalışmalıyıq. Onun yaratdığı obraza, azacıq da olsa, xələl gəlməməsi üçün hər birimiz çiynimizi bu böyük məsuliyyətin altına verməliyik.

“Dünyanı heyran qoyan insan” kitabını oxuduqca, siyasətdə uzunömürlülüyə, zəka və mənəviyyatda əbədiyaşarlığa nadir nümunə olan ümummilli liderimiz Heydər Əliyevin bu heyranlığı doğuran keyfiyyətlərinin intəhasızlığına əmin olursan. Yadıma Həzrət Əlinin köhnəlməyən sözləri düşür: “Haqq o qədər parlaqdır ki, onu hamı görür. Onu görməmək mümkün deyil”.

Diqqətinizə görə sağ olun!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AMEA-da doktorantura tədqiqatlarında fənlərarası və multidisiplinar yanaşmaya üstünlük veriləcək

Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub

Bəxtiyar İslamov: Azərbaycan gəncliyi öz potensialını reallaşdırmaq üçün geniş imkanlara malikdir

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi

AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub

BMT-nin Ali Komissarı: Qadınlar münaqişələrin qarşısını almaq və davamlı sülh yaratmaq səylərinin mərkəzində olmalıdırlar

Musa Quliyev: Bu gün qarşımızda daha böyük vəzifələr dayanır

Professor: Albaniyanın sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm tədqiqatlar aparılıb

Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb

Sumqayıtda məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb, onların vəziyyətləri stabil qiymətləndirilir – YENİLƏNİB 2

Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib

Arif Rəhimzadə: YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb

Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi tədqiq edilir

Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub

Afrika İttifaqı Komissiyası Efiopiya, Eritreya və Misir arasındakı gərginliklə bağlı narahatlığını bildirib

Lucy Chou: İnvestorların təsisçilərdə axtardığı əsas xüsusiyyətlər dəyişməz olaraq qalır

İcraçı direktor: Kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlər güzəştlər əldə ediblər

Kimya İnstitutu qarşıdakı dövr üçün yeni strateji hədəflər müəyyənləşdirib

UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub

Azərbaycan ombudsmanı ENOC-un illik konfransında uşaq hüquqları üzrə təşəbbüslərdən danışıb

Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər

Rusiyanın regionlarına hücumlar nəticəsində bir nəfər ölüb, səkkiz yaralı var

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır

Bu saata olan əsas xəbərlər

AMEA rəhbəri: Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlanıb

Vətən müharibəsinin xronikası: 2 oktyabr

ADEX Azərbaycanın müdafiə sənayesində əldə etdiyi imkanların nümayişi üçün mühüm platformadır ŞƏRH

Milli müdafiə sənayesinin inkişafı təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

Fransada liseylərdə etirazlar davam edir

Neft mikrobiologiyası və biotexnologiya sahəsində birgə layihələr nəzərdən keçirilir

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır

Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü

Tahir Budaqov: Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir

Şəkidə beynəlxalq teatr bayramı: 4 ölkənin teatr kollektivləri bir araya gəlib

Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

ABF rəsmisi: Yeni baş məşqçi qadın basketbolunun inkişafına mühüm töhfə verəcək

Pakistan Səudiyyə Ərəbistanını hər hansı hücumdan müdafiə etməyə hazırdır

Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib

Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir

Salyanlı gənclərə rəqəmsal mühitdə gizli manipulyasiya və narkotik riskləri barədə məlumat verilib

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Fukuşima AES-də nüvə yanacağının qalıqlarını çıxarmaq üçün robotdan istifadə olunacaq

Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik

"ADEX 2026" davam edir

Meksikanın rəmzi olan ənənəvi qayıq AzMİU tələbələri tərəfindən layihələndiriləcək

Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq

Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır

Səudiyyə Ərəbistanı Məkkədəki Məscidül-Həramda terror aktına cəhd barədə xəbərləri təkzib edib

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada

Astanada “AI & Digital Bridge – 2026” forumu keçirilir

Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Ötən gün 61 cinayətin açılması təmin olunub

Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

Fərrux İrnazarov: Mərkəzi Asiyada ticarət potensialının tam reallaşdırılması üçün bir sıra məsələlərin həlli vacibdir

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Lixtenşteyn yığmasının kapitanı: Azərbaycan millisinin bəxti gətirmədi - MÜSAHİBƏ

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın

SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək

Şuşada Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK VİDEO

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu VİDEO

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu VİDEO

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb