Milli Məclisin nümayəndə heyəti Tbilisidə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
Tbilisi, 28 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfəri çərçivəsində aprelin 28-də Tbilisidəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad olunub.
Qeyd edək ki, Milli Məclisin sədr müavini, həmçinin Ulu Öndərin Rustavi şəhərindəki abidəsini də ziyarət edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi