Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin yaz sessiyası başa çatıb

Bakı, 31 may, AZƏRTAC

Mayın 31-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova əvvəlcə parlament nümayəndə heyətinin mayın 27-28-də Antiqua və Barbudaya işgüzar səfəri barədə deputatlara məlumat verib.

Sonra parlamentin sədri iclasın gündəliyinə 9 məsələnin daxil edildiyini deyib. O, birinci məsələnin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (birinci oxunuş) olduğunu söyləyib.

İclasda məsələ barədə məlumatı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili nəzərə çatdırıb. O bildirib ki, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat” qanunvericiliyə uyğundur. Təqdim olunmuş sənədlər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində ətraflı müzakirə edilib.

Tahir Mirkişili bildirib ki, qlobal geosiyasi çağırışlara rəğmən, Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatların nəticəsi olaraq 2023-cü ildə ölkəmizdə makroiqtisadi sabitlik təmin edilib, inflyasiya birrəqəmli səviyyədə saxlanılıb. Həmçinin ötən il ərzində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft-qaz məhsullarının ixracının genişləndirilməsi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib.

Ötən ilin dünya iqtisadiyyatının zəif bərpası ilə xarakterizə olunduğunu deyən komitə sədri 2023-cü ildə Azərbaycanda keçirilən antiinflyasiya siyasəti nəticəsində orta illik inflyasiyanın 10,4 faizlik proqnoza qarşı 8,8 faiz təşkil etdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, 2023-cü ildə dünya üzrə büdcə kəsirinin ÜDM-ə nisbəti 5,5 faizə bərabər olub. Ölkəmizdə isə bu göstərici ÜDM-nin 1 faizini təşkil edib.

Komitə sədri deyib ki, 2023-cü ildə ölkəmizdə ÜDM real ifadədə 1,1 faiz artaraq nominal olaraq 111,6 milyard manat proqnoza qarşı 123 milyard manat təşkil edib. Qeyri-neft-qaz sektorunda 3,7 faizlik artım, neft-qaz sektorunda isə əsasən neft hasilatının azalması ilə bağlı 1,7 faiz azalma qeydə alınıb.

Tahir Mirkişili diqqətə çatdırıb ki, ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 12,8 faiz artaraq 78,1 milyard manat təşkil edib və hər nəfərə düşən illik gəlir orta hesabla 7687 manata çatıb. 2023-cü ildə ixracımız 27,6 milyard dollar təşkil etməklə 17,3 milyard dollarlıq idxalımızı 10,3 milyard dollar üstələyib. Qeyri neft-qaz məhsullarının ixracı real ifadədə 3,9 faiz artaraq 3348 milyon dollara bərabər olub və əvvəlki illərdən fərqli olaraq, idxalın artımında dövlətin rolu azalıb, fiziki şəxslərin rolu isə artıb. 2023-cü ilin sonuna olan məlumata əsasən, ölkənin məcmu valyuta ehtiyatları 17,1 faiz artaraq 68,5 milyard dolları ötüb.

Dövlət büdcəsindən digər tədbirlərə sərf olunan vəsaitləri diqqətə çatdıran Tahir Mirkişili qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2023-cü ilin dövlət büdcəsindən cəm olaraq 5 milyard 581,6 milyon manat vəsait ayrılıb.

2023-cü ilin dövlət büdcəsinin qarşıya qoyulan hədəflərə adekvat icra olunduğunu vurğulayan və qanun layihəsinə rəhbərlik etdiyi komitənin rəyinin müsbət olduğunu deyən Tahir Mirkişili çıxışının sonunda büdcə gəlir və xərclərinin daha dəqiq planlaşdırılması və daha effektiv icrası ilə bağlı qənaətlərini və fikirlərini səsləndirib.

Sonra iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək 2023-cü ilin dövlət büdcəsinin icrası ilə bağlı Hesablama Palatasının rəyini təqdim edib.

Palata sədri dövlət büdcəsinin icra edildiyi makroiqtisadi mühitin təhlili, büdcə hesabatlılığının hüquqi aktlara və strateji sənədlərə uyğunluğu, büdcə vəsaitlərinin idarə edilməsinin qiymətləndirilməsi nəticələri barədə məlumat verib. O qeyd edib ki, dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən qurumların təqdim etdiyi hesabatlar əsasında 2023-cü ildə 34 milyard 477,1 milyon manat məbləğində (büdcəsinin ümumi gəlirlərinin 97,8 faizi) daxilolmalar təhlillə əhatə edilib.

Bildirilib ki, dövlət büdcəsinin icrası barədə Hesablama Palatasına təqdim edilmiş əlavə hesabatlara əsasən 2023-cü ildə təsdiq edilmiş göstəricilərdə dəyişikliklərin məbləği 3 milyard 48,6 milyon manatdır. İnzibati təsnifat üzrə dəyişikliklərə dair məlumatların təhlili göstərir ki, ümumilikdə 36,6 milyard manatı əhatə edən xərclərin nəzərdə tutulduğu 235 istiqamətdən (təşkilatlar və tədbirlər üzrə) 19,3 milyard manatı əhatə edən 141 istiqamət üzrə dəyişikliklər edilmiş, yerdə qalan 17,3 milyard manatı əhatə edən 94 istiqamət üzrə isə dəyişiklik aparılmayıb.

Məsələnin müzakirəsində deputatlar fikirlərini bildiriblər, rəylərini səsləndiriblər.

Sonra “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sahibə Qafarova növbəti məsələnin ikinci oxunuşda müzakirəyə təqdim edilən “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu deyib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qanun layihəsi barədə məlumat verib. O qeyd edib ki, layihə birinci oxunuşda ətraflı müzakirə olunub, qaldırılan məsələlərə komitədə ikinci oxunuş zamanı aydınlıq gətirilib, verilən suallarla bağlı arayış təqdim olunub. Sənəddə avtomatlaşdırılmış pensiya sisteminin təkmilləşdirilməsi və proaktiv pensiya təyinatı dairəsini genişləndirmək məqsədi daşıyan dəyişikliklər ehtiva olunur.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri bildirib ki, növbəti məsələ “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya”nın təsdiq edilməsi haqqında qanun layihəsidir. O qeyd edib ki, layihə beynəlxalq sənədin təsdiq edilməsi ilə bağlı olduğuna görə bir oxunuşda baxılıb qəbul ediləcək.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qanun layihəsini təqdim edib. Bildirilib ki, "Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması (BEPS) məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya" İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən BEPS layihəsi çərçivəsində hazırlanıb və vergi bazasının aşınmasının və mənfəətin köçürülməsinin qarşısını almağa yönəlmiş beynəlxalq vergi müqaviləsidir. Konvensiya vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması üçün nəzərdə tutulmuş müxtəlif tədbirləri həyata keçirir, müxtəlif yurisdiksiyaların xüsusi vergi siyasəti üstünlüklərinə uyğunlaşmaq üçün çevikliyi təmin edir.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Azər Kərimli məsələ ilə bağlı bu komitənin rəyini açıqlayaraq bildirib ki, Konvensiya ölkələr arasında vergi məlumatlarının şəffaflığının artırılması, sui-istifadə hallarının və vergidən yayınmanın qarşısının alınması baxımından mühüm rol oynayır, bu isə dövlətlər arasında etimadı gücləndirir və daha ədalətli, dürüst vergi sisteminin əsasını yaradır. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin sədri gündəliyin digər üç məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu deyib. O, növbəti iki məsələnin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu söyləyib. Parlamentin sədri diqqətə çatdırıb ki, bu məsələlər – “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi və Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihələridir.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov həmin qanun layihələri barədə məlumat verib. Hər iki sənədin iki oxunuşda müzakirə olunaraq qəbul edildiyini nəzərə çatdıran deputat layihələrin mətnində hər hansı bir dəyişikliyin edilmədiyini bildirib və sənədin üçüncü oxunuşda qəbul olunması üçün səs verməyi xahiş edib. Hər iki layihə Azərbaycan Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya"nın icrası ilə bağlı hazırlanıb.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Deputat əvvəlki oxunuşlarda məsələ barədə ətraflı məlumat verildiyini, əlavə heç bir təklif və dəyişikliyin olmadığını deyib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Sahibə Qafarova gündəliyin son üç məsələsinin uyğunlaşdırma xarakteri daşıdığını, müvafiq qanunvericiliyin tələbinə əsasən bu qanun layihələrinin bir oxunuşda baxılıb qəbul ediləcəyini söyləyib.

Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Dərman vasitələri haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Diqqətə çatdırılıb ki, layihə “Qida təhlükəsizliyi haqqında" Qanunun icrası məqsədilə hazırlanıb. Həmin Qanunla "bioloji aktiv qida məhsulları" qida məhsulu olaraq tənzimlənib və ona dair bir sıra tələblər təsbit edilib. Bununla əlaqədar olaraq qeyd olunan qanunlara təklif edilən dəyişikliklərdə "bioloji fəallığa malik qida əlavələri" termininin "bioloji aktiv qida məhsulları" termini ilə əvəz edilməsi, "Dərman vasitələri haqqında" qanunda təsbit olunan "bioloji aktiv qida məhsulları" anlayışının yeni redaksiyada verilməsi, bioloji aktiv qida məhsullarının reklamına dair tələblərin dəqiqləşdirilməsi nəzərdə tutulur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məsələ barədə bu komitənin rəyini açıqlayaraq qeyd edib ki, bioloji aktiv qida məhsullarının reklamında onların dərman vasitəsi olmaması, habelə qeydiyyata alınmasının təsdiqi ilə bağlı məlumat əks olunmalıdır.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İclasda Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib.

Bildirilib ki, "Publik hüquqi şəxslər haqqında" Qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin Fərmanına uyğun olaraq, xüsusi təhsil müəssisələrinin fəaliyyətinin ümumi təhsil müəssisələrinin nümunəvi nizamnaməsi çərçivəsində tənzimlənməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Qanunun 13.4-cü maddəsinin ləğv edilməsi, 20.1-ci maddəsində isə dəqiqləşdirmə məqsədilə "fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olanlar" ifadəsinin "sağlamlıq imkanları məhdud olan şəxslər" ifadəsi ilə əvəz edilməsi nəzərdə tutulur.

Deputat Sədaqət Vəliyeva bəzi qeyd və təkliflərini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Elektroenergetika haqqında” Qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin mahiyyəti barədə danışıb. Qeyd olunub ki, sənəd uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, "Elektroenergetika haqqında" qanunun 8-ci maddəsində 200 kVt-dan yuxarı elektrik qurğularının istismarının "icazə" əsasında həyata keçirilməsi təsbit edildiyindən "Dövlət rüsumu haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanunlarda müvafiq dəyişiklik təklif edilir.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məsələ ilə bağlı bu komitənin müsbət rəyini diqqətə çatdırdıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Milli Məclisin sədri qeyd edib ki, Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə uyğun olaraq, 80 deputat növbədənkənar sessiyanın çağırılması üçün parlamentin sədrinə müraciət edib və iyun ayında parlamentin növbədənkənar sessiyası olacaq.

Parlamentin sədri deputatlara yaz sessiyasının yekunları barədə qısa məlumat verib.

Diqqətə çatdırılıb ki, sessiya ərzində parlamentin 13 iclası keçirilib, 61 qanun qəbul edilib. Başqa sözlə, 2 yeni qanun qəbul olunub, 50 qanunda dəyişiklik edilib, 9 beynəlxalq müqavilə təsdiq olunub. Ümumilikdə sessiya dövründə Milli Məclisin 21 qərarı qəbul olunub.

Sahibə Qafarova yaz sessiyası dövründə Milli Məclis tərəfindən 7 beynəlxalq tədbir keçirildiyini deyib. O diqqətə çatdırıb ki, Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında 2024–2025-ci illər üçün bu təşkilata sədrlik Azərbaycan Respublikasına keçib.

Yaz sessiyası bağlı elan edildikdən sonra Dövlət Himni səsləndirilib.

Bununla da Milli Məclisin 2024-cü il yaz sessiyasının sonuncu plenar iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1 həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib