Milli Muğam Müsabiqəsinin seçim turlarını on münsif dəyərləndirəcək
Bakı, 24 aprel, AZƏRTAC
Milli Muğam Müsabiqəsinin münsiflər heyəti ümumilikdə 10 nəfərdən ibarətdir. Onlardan beşi xanəndələr, beşi isə instrumental ifaçılıq üzrə müsabiqənin üzvüdür.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Konservatoriyanın rektoru, Xalq artisti, müsabiqənin münsiflər heyətinin sədri Siyavuş Kərimi deyib.
“Xanəndə və instrumental kateqoriyalarında 1, 2 və 3-cü yerin hər bir qalibi müvafiq olaraq 7 000, 5 000 və 3 000 AZN mükafat qazanacaq.
Milli Muğam Müsabiqəsinin qalibləri-xanəndə və instrumental ifa üzrə birinci yeri tutan iştirakçılar ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcək”, - deyə münsiflər heyətinin sədri söyləyib.