Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR OLUNMUŞDUR

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası iyunun 13-də Şəhriyar adına Mədəniyət Mərkəzində 15 iyun - Milli Qurtuluş gününə həsr edilmiş təntənəli toplantı keçirmişdir.

Toplantıda YAP-ın şəhər və rayon təşkilatlarının fəalları, ictimaiyyətin nümayəndələri, Milli Məclisin deputatları iştirak edirdilər.

YAP-ın icraçı katibi, Milli Məclisin deputatı Əli Əhmədov toplantını açaraq dedi ki, Milli Qurtuluş günü Azərbaycanın müasir tarixində dönüş mərhələsinin əsasını qoymuşdur. 1993-cü ilin iyununda Azərbaycan, onun vətəndaşları fəlakətdən, qorxu və vahimələrdən xilas olmuşlar. Azərbaycanda hərc-mərclik, özbaşınalıq, qeyri-müəyyənlik dövrü sona çatmış, ölkəmiz sabitlik, əmin-amanlıq, dinclik dövrünə qədəm qoymuşdur. Məhz həmin gündən Azərbaycan müstəqil, demokratik, hüquqi, dünyəvi dövlət kimi inkişaf etməyə başlamışdır. Yeni Azərbaycan Partiyasını yaradan Heydər Əliyev xalqın ona bəslədiyi ümidləri gündəlik fəaliyyəti ilə doğrultmuşdur. Ona görə də Qurtuluş günü bütün Azərbaycan xalqının ən əlamətdar bayramlarından biridir.

Toplantıda YAP idarə heyətinin üzvü, Milli Məclisin deputatı professor Nizami Xudiyev - Qurtuluş günü haqqında geniş məruzə etdi. O dedi ki, 1993-cü il iyunun əvvəllərində Azərbaycan xalqı yenicə əldə etdiyi müstəqilliyini itirmək, ölkə parcalanmaq təhlükəsi ilə qarşılaşmışdı. Yaxın-uzaq imperiya maraqları, daxili və xarici düşmən fitnələri ilə baş qaldıran “Sadval”, “Talış-Muğan” separatizmi, ona məkrlə dəstək verən Surət Hüseynov, Əlikram Hümbətov, Rəhim Qazıyev xəyanətləri, gənc dövləti vətəndaş müharibəsi, iflas, qlobal məhvolma məqamına gətirib çatdıran Əbülfəz Elçibəyin, İsa Qəmbərovun, Pənah Hüseynovun səhvləri Azərbaycanı diz çökdürürdü. Azərbaycan öz tarixinin ən fəlakətli, böhranlı günlərini, faciəli məqamlarını yaşayırdı. Belə bir şəraitdə bütün ümidlər, Naxçıvana - dahi dövlət xadimi, müdrik siyasətçi Heydər Əliyevə dikilmişdi. Xalqımız yeganə xilas yolunu Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışında görür, çoxsaylı və təkidli müraciətlərlə onu gözləyirdi.

Heydər Əliyev bu böyük ümumxalq inamını, etimadını Azərbaycan xalqına uzun illər ərzində sədaqətli, şərəfli xidməti ilə qazanmışdır. Bu tarixi xidmətin bəzi məqamlarını xatırladan natiq dövlətimizin başçısının Azərbaycan naminə apardığı genişmiqyaslı, uzaqgörən siyasətdən, həyata keçirdiyi nəhəng quruculuq işlərindən, məkrli qüvvələrin bədxah niyyətlərinin qarşısının alınması üçün gördüyü qətiyyətli tədbirlərdən söhbət açdı.

N.Xudiyev Azərbaycan Prezidenti Heydər Əliyevin “Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır. Tariximiz bizim üçün dərs olmalıdır” sözlərini sitat gətirərək bildirdi ki, dövlətimizin başçısı bununla xalqımızı, cəmiyyətimizi ayıq-sayıq olmağa, keçmişin ibrət dərsini tam öyrənməklə, gələcəiyn qapılarını açmağa, əbədi intibah, inkişaf yollarına çıxmağa çağırır.

YAP Siyasi Şurasının üzvü akademik Məmmədtağı Cəfərov 1993-cü ilin iyun günlərini yada salaraq dedi ki, o dövrdə ölkəmizdə xaos, qardaş qırğını, hakimiyyətə itaətsizlik hökm sürürdü. Ona görə də Azərbaycan xalqı öz xilaskarı kimi gözünü yalnız Heydər Əliyevə dikmişdi. Heydər Əliyev zamanın hökmü, Azərbaycan xalqının təkidli çağırışı və iradəsi nəticəsində, Azərbaycanı xilas etmək üçün siyasi hakimiyyətə qayıtdı və ölkəmiz dövlətçiliyini, müstəqilliyini qorudu. İndi bütün dünya dövlətləri Azərbaycana, onun qüdrətli rəhbərinə çox böyük rəğbətlə baxır, Azərbaycan Prezidenti Heydər Əliyevin şəxsiyyətinə böyük ehtiramla yanaşır, dövlətçilik təcrübəsini yüksək dəyərləndirirlər.

Natiq son 9 ildə Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi inkişaf etməsi sahəsində əldə etdiyi uğurlar barədə konkret misallar gətirdi, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olacağını vurğuladı.

Milli Məclisin deputatı Vəsadət Əzizov öz çıxışında Əbdürəhman Vəzirov, Ayaz Mütəllibov və Əbülfəz Elçibəy hakimiyyətinin xalq və dövlətçilik mənafelərindən uzaq, səriştəsiz siyasətinin Azərbaycanı uçuruma gətirib çıxarması barədə konkret faktlar söylədi. Həmin illərdə ölkəmizdə baş vermiş faciəli hadisələrdən söhbət açan deputat dedi ki, o dövrdə təkcə dövlətçiliyimizə qarşı deyil, hər bir azərbaycanlıya qarşı real təhlükə yaranmışdı. Ən böyük faciə o idi ki, cəmiyyətdə böyük ümidsizlik hökm sürürdü. O vaxtkı iqtidara artıq heç kəs inanmırdı. Xalqı həmin çətin vəziyyətdən yalnız bir şəxs - Heydər Əliyev çıxara bilərdi. Belə də oldu.

Heydər Əliyevin rəhbərliyə yenidən qayıdışı Azərbaycan üçün əsl Qurtuluş oldu. Keçmiş iqtidarın uğursuz rəhbərliyi dövründə yaranmış problemləri aradan qaldırmaq üçün ardıcıl tədbirlər görüldü. Xalqın sağlam qüvvələri bu problemlərin həllinə səfərbər edildi.

Azərbaycan Dövlət Tibb Universitetinin tələbəsi Sevinc Təbrizli çıxışında Qurtuluş günü ilə başlanan müasir tariximizin son 9 illik dövründə əldə olunmuş nailiyyətlərdən danışaraq vurğuladı ki, bütün bunlara görə xalqımız özünün xilaskar rəhbərinə minnətdardır. Bugünkü sabitliyi, əmin-amanlığı xalqımıza məhz Heydər Əliyev bəxş etmişdir. Möhtərəm Heydər Əliyevin hakimiyyətə qayıdışı həlli çətin görünən bir çox məsələləri reallığa çevirdi. Azərbaycan bütün dünyada tanındı.

Xalqımızın üzləşdiyi çətinliklərin aradan qaldırılmasında hər bir vətəndaşın, o cümlədən gənclərimizin yaxından iştirakının, Azərbaycanın xoşbəxt gələcəyə doğru irəliləməsində səylərini əsirgəməməsinin zəruriliyini bildirən S.Təbrizli respublikamızda səhiyyə sahəsində aparılan islahatlardan da danışdı.

Sonra çıxış edən YAP Siyasi Şurasının üzvü Asif İmaməliyev bildirdi ki, XX əsrdə Azərbaycan xalqı ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra ölkəmizdə ictimai-siyasi, iqtisadi şərait ziddiyyətli və fəlakətli idi. Bir tərəfdən, erməni faşistlərinin Azərbaycana qarşı ərazi iddiası nəticəsində düçar olduğumuz müharibə, digər tərəfdən isə, Azərbaycanda hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin fəaliyyəti gərgin vəziyyət yaratmışdı. Bu isə ölkənin ayrı-ayrı hərbi-siyasi qüvvələr tərəfindən parçalanaraq idarə olunmasını, müstəqilliyimizin itirilməsini reallaşdırırdı. Belə qorxulu və çətin anda beynəlxalq nüfuza malik görkəmli siyasi xadim, vətənsevərliyini, millətsevərliyini öz zəngin həyat yolu ilə sübut etmiş Heydər Əliyev xalqın tələbi ilə xilaskarlıq missiyasını öz üzərinə götürdü. Məhz həmin gün - 1993-cü il iyunun 15-i Milli Qurtuluş günü kimi Azərbaycan xalqının tarixinə əbədi daxil olmuşdur. Məhz həmin gündən başlayaraq, Azərbaycan dünya ölkələri ilə və xüsusilə də qonşu dövlətlərlə sağlam münasibətlər yaratmaq və bunları inkişaf etdirmək xətti götürdü. Ölkə daxilində separatçılığın, dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alındı. Ordu quruculuğuna başlandı.

Natiq onu da vurğuladı ki, bu gün özlərini müxalifət adlandıran, hakimiyyətə can atan qüvvələr ölkədə yaranmış demokratik şəraitdən istifadə edərək, Azərbaycanda yenidən hərc-mərclik yaratmağa və bu yolla niyyətlərini reallaşdırmağa cəhd göstərirlər. Lakin onlar dərk etməlidirlər ki, hakimiyyətə gəlməyin bir yolu var və bu da seçki yoludur. Azərbaycan xalqı isə, ötən seçkilərdə olduğu kimi, yenə də özünün sınanmış liderinə, xilaskarına, müdrik Heydər Əliyevə etimad göstərəcəkdir.

Demokratik Azərbaycan Dünyası Partiyasının sədri, Siyasi Partiyaların Məşvərət Məclisinin sədri Məmməd Əlizadə çıxışında xatırlatdı ki, Azərbaycanın görkəmli şəxsiyyətləri yurdumuzu müqəddəs bir varlıq kimi sevərək onu bəlalardan qorumuş, tariximizə şanlı səhifələr yazmışlar. Azərbaycan 1993-cü ilin yayında da ciddi sınaqlar qarşısında qalmışdı. AXC-Müsavat cütlüyü bir il çəkən səriştəsiz hakimiyyəti ölkəmizi müstəqilliyini itirmək həddinə çatdırmışdı. Belə bir ağır, təhlükəli dövrdə möhtərəm Heydər Əliyev xalqın dadına yetişdi. Bu qayıdışla o, Azərbaycanda vətəndaş müharibəsini aradan qaldırdı. Düşmənlərimizin Azərbaycanı parçalamaq, məhv etmək planlarını puça çıxardı. Xalqımız, müstəqil Azərbaycan fəlakətdən xilas oldu. Heydər Əliyev öz Qayıdışı ilə tariximizə Qurtuluş səhifəsi yazdı.

X x x

Toplantı iştirakçıları Yeni Azərbaycan Partiyasının sədri, respublika Prezidenti Heydər Əliyevə təbrik məktubu qəbul etdilər.

Axırda incəsənət ustalarının iştirakı ilə konsert oldu.

X x x

Toplantıda YAP sədrinin müavini, Milli Məclisin sədri Murtuz Ələsgərov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Milli Məclis sədrinin və baş nazirin müavinləri, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər rəsmi şəxslər iştirak edirdilər.

AZƏRTAC

Foto Namiq Məmmədovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NBA klubu liqanın ən qısa və ən ucaboy oyunçularını transfer edib

Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış

Türkiyədəki qədim Aspendos şəhərində təqribən 2400 yaşı olan güləşçinin məzarı tapılıb

Naxçıvanda 700 ev təsərrüfatında büdcə tədqiqatı aparılır

Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək

Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb

Britaniya mediası: Təqribən 230 miqrantı daşıyan kiçik qayıq La-Manşdan keçib

Ordubaddakı “Ərbabın iş yeri” adlı binanın bərpasının gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır

Dövlət Proqramının prioritet istiqamətləri üzrə fermerlərin maarifləndirilməsi davam etdirilir

Balakəndə arıçıların problemlərinin həlli istiqamətində mümkün alternativlər qiymətləndirilir

Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir

İtaliya alimləri Günəş tutulması zamanı onun tacını müşahidə edəcək cihaz hazırlayıblar

Bu il məişət zorakılığından zərər çəkmiş 41 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

“Abituriyent” jurnalının 4-cü nömrəsi nəşr olunub

Rəssamlıq Akademiyasında tələbələrin yaradıcılıq işlərinin kommersiyalaşdırılması üzrə iş aparılır

ANAMA: Ötən həftə 1581 hektar ərazi mina və partlamamış digər hərbi sursatdan təmizlənib

Fərid Hüseyn: Xurşidbanu Natəvanın irsi Azərbaycan mədəniyyətində xüsusi yer tutur

La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib

Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb

Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər

“Neftçi”nin hücumçusu “Araz-Naxçıvan”a keçib

Yerli icra hakimiyyəti orqanlarının nümayəndələri “e-monitorinq”dəki yeni modulun imkanları barədə məlumatlandırılıb

M.B.Əhmədzadənin Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasının sponsoru bəlli olub

V.İ.Sadıqovun Azərbaycan Respublikasının Belçika Krallığında, eyni zamanda Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Premyer Liqa: “Sumqayıt”-“Neftçi” matçının stadionu dəyişdirilib

F.E.İsgəndərovun Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.B.Əhmədzadənin Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

F.E.İsgəndərovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında, eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.A.Qurbanovanın Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

BMU tələbələri Böyük Britaniyada keçirilən beynəlxalq innovasiya yarışmasında birincilik qazanıblar

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 454-VIIQD nömrəli Qanununun tətbiqi və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Subbakalavrlar üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub

Azərbaycanda dini təhsildə yeni mərhələ: ixtisaslar və elmi imkanlar genişlənir

Yüksək balla AzTU-ya qəbul olunanlar üçün xüsusi təqaüd imkanı

İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?

Yeni təmayül tədris modeli üzrə müəllimlərin müsahibələri davam edir

Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib

Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 20 milyon manatdan çoxu geri qaytarılıb

Azərbaycan nümayəndə heyəti Ankarada Türk Dünyası Festivalında iştirak edib

Sığortaçılar Assosiasiyasının icraçı direktorunun adına saxta hesab yaradılıb, yanlış məlumatlar paylaşılır

Üç təşkilat FIFA və Canni İnfantinoya qarşı birgə bəyanat yayıb

Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva

Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır

“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir

Vaşinqton razılaşması Azərbaycanın regionda yaratdığı yeni siyasi və iqtisadi reallıqları əks etdirdi - ŞƏRH

Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb

“Barselona” Levandovskini klubun əfsanələri siyahısına daxil edib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Qəbələdə 10 ildə 1,5 milyondan çox müraciət “ASAN”laşdırılıb

Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq

Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirə qatılacaqlar

Balakəndə baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 2 nəfər yaralanıb VİDEO

Balakəndə baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 2 nəfər yaralanıb VİDEO

Azərbaycan və İndoneziya birgə iqtisadi forum keçirə bilər

Dövlət qurumlarının informasiya resurslarında aşkarlanan təhlükəsizlik boşluqları 50 faizədək azalıb

Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub

Yeddi ayda istehlakçılara büdcədən 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Səkkiz avqust razılaşmalarının ildönümündə liderlərin müzakirəsi: Azərbaycan-ABŞ əməkdaşlığında yeni faza - TƏHLİL

Azərbaycan Rəssamlıq Akademiyası tələbələrin beynəlxalq sənət platformalarına çıxışını genişləndirir

Benksinin üç əsəri Britaniya vergi ödəyicilərinə təxminən 150 min funta başa gəlib

BMT Konvensiyasının 20 illiyinə həsr olunmuş maarifləndirici broşür hazırlanıb

Su Ehtiyatları Agentliyinin süni intellektəsaslı rəqəmsal siması Aysu təqdim olunub

Bu saata olan əsas xəbərlər

Nijnekamsk şəhərində ölənlərin sayı 12 nəfərə çatıb – YENİLƏNİB

Ergün Kırlıkovalı: Taleb Vardanyan məsələsində “kor nöqtələr”in qurbanına çevrilib MÜSAHİBƏ

Faktiki hava: Bəzi rayonlara leysan yağır

İlin əvvəlindən dövlət qurumlarına qarşı 518 kiberhücum indikatoru müəyyən edilib

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 15 faizədək artıb

Mbappe “Real Madrid”ə gələn həftə qoşulacaq

Yeddi ayda Azərbaycanda dövlət qurumlarına 28 yeni domen verilib

® “AccessBank” kiçik bizneslərin maliyyələşdirilməsinin genişləndirilməsi məqsədilə FMO-dan 75 milyon dollar məbləğində kredit xətti cəlb edib

Çində təhsil alacaq BDU məzunu: Bu təqaüd mənim üçün sadəcə təhsil imkanı deyil

Dünya ictimaiyyəti avqustun 10-da üç beynəlxalq günü qeyd edir

Qivami Rəhimli: Azərbaycanın mədəni irsini dünyaya tanıdan uğurlu əməkdaşlıq

Lisenziyasız kosmetoloji fəaliyyət göstərən şəxs barəsində qanuni tədbirlər görülüb

Altı ayda 1,2 milyondan çox vətəndaş “mygov” vasitəsilə ailə üzvlərini axtarıb

“İsmayıllı-2” kiçik su elektrik stansiyasında indiyədək istehsal olunan enerjinin həcmi açıqlanıb

Pakistanlı ekspert: Vaşinqton prosesi Azərbaycan üçün yeni strateji imkanlar açır

Mərakeş millisinin futbolçusu “Fənərbağça”ya qayıdıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

BSU müəllimlik ixtisasını seçən oğlan abituriyentlərə təqaüd verəcək

Sözün illüstrasiya naxışı: Kazım Kazımzadənin yaradıcılıq dünyası

Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə İran Prezidentinə təşəkkür edib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

ƏMAS-da gecə vaxtı yerinə yetirilən işlərlə bağlı yeni xəbərdarlıq funksionallığı yaradılıb

Qərbi Avropada iyun və iyul ayları rekord istilərlə yadda qalıb

® “Avant Bakıxanov”da yeni premium layihəyə start verildi: “Green by Avant”da 10 faiz ilkin ödənişlə ipoteka imkanı  FOTO  VİDEO

® “Avant Bakıxanov”da yeni premium layihəyə start verildi: “Green by Avant”da 10 faiz ilkin ödənişlə ipoteka imkanı FOTO VİDEO

Bakıda mikromobillik vasitələri 6,9 milyon dəfədən çox sifariş olunub

Azərbaycanın 2 boksçusu Qazaxıstanda qızıl medal qazanıb

Maldiv adalarında gənclərin ekoloji hərəkatı geniş vüsət alır

“Trabzonspor” heyətinə daha bir ulduz futbolçu qatır

Yüksək nəticə göstərən 300 tələbəyə “Gələcəyin müəllimi” təqaüdü veriləcək

BMU magistrantı Çində minillik freskaların süni intellektlə bərpasını araşdırıb

Tağlar mağarasında arxeoloji tədqiqatların üçüncü mövsümü başlanıb

® “Ziraat Bank Azərbaycan” 15 milyon manat həcmində istiqraz emissiyasını təqdim edir!

Azərbaycan komandası Qazaxıstanda gənc yol hərəkəti müfəttişlərinin toplantısında iştirak edəcək

Bakıda axşam konsertləri keçirilir VİDEO

Bakıda axşam konsertləri keçirilir VİDEO