MİLLİ XƏZƏR FƏALİYYƏT PLANI MÜZAKİRƏ EDİLMİŞDİR
Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ARDNŞ, xarici neft şirkətləri nümayəndələrinin və ekspert alimlərinin iştirakı ilə Milli Xəzər fəailyyət planı müzakirə olunmuşdur. O, Xəzər ekologiya proqramının köməyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən hazırlanmışdır.
Nazir Hüseynqulu Bağırov müzakirələrdən əvvəl çıxış edərək Xəzərin ekoloji təmizliyinin təmin edilməsi tədbirlərinin həyata keçirilməsində planın əhəmiyyətindən danışaraq bildirdi ki, bütün problemlər transmilli və milli problemlərə bölünmüşdür. Xəzəryanı ölkələrin hər biri özünün milli fəaliyyət planını hazırlamalı və bunlar Vahid strateji fəaliyyət planının əsasını təşkil etməlidir.
Müzakirələrin yekunlarına əsasən, on gün müddətində planın yekun variantını hazırlayıb, Nazirlər Kabinetinə təqdim etmək qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]