MİNGƏÇEVİRDƏ “ŞƏHİDLİYİMİZ QƏHRƏMANLIĞIMIZDIR” MÖVZUSUNDA ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLMİŞDİR
Mingəçevir, 19 yanvar (AZƏRTAC). Mingəçevir Şəhər Gənclər və İdman İdarəsi 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar “Şəhidliyimiz qəhrəmanlığımızdır” mövzusunda elmi-nəzəri konfrans keçirmişdir.
Şəhər icra hakimiyyətinin, idarə və təşkilatların, ali və orta təhsil müəssisəsi rəhbərlərinin, gənclərin iştirakı ilə təşkil edilən tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Mingəçevir Şəhər Gənclər və İdman İdarəsinin rəisi Ramiz Əliyev 1990-cı il yanvarın 20-də Bakı şəhərində sovet hərbçiləri tərəfindən törədilmiş faciənin dəhşətlərindən danışaraq bunun bəşər tarixində görünməmiş qanlı hadisə olduğunu bildirmişdir. Natiq 20 Yanvar faciəsinin əsl mahiyyətinin dünyaya çatdırılmasında və ona siyasi qiymət verilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olduğunu vurğulamışdır.
İdarə rəisinin müavini Kamal Nəcəfli “Şəhidliyimiz qəhrəmanlığımızdır”, Mingəçevir Politexnik İnstitutu tələbə gənclər təşkilatının (TGT) sədri Zaur Əliyev “Tarixin qan yaddaşı”, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı TGT-nin sədri Türkay Abbasova “Şəhidlər bizim qürur mənbəyimizdir”, Mingəçevir Turizm Kolleci TGT-nin sədri Samir Həsənov “Şəhidlər bizim and yerimizdir” mövzusunda məruzələr etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib
- 27.09.2026 [23:20]
Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib
- 27.09.2026 [23:16]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [23:11]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
- 27.09.2026 [23:08]
27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH
- 27.09.2026 [22:17]
Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib
- 27.09.2026 [22:04]
ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib
- 27.09.2026 [21:58]
AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib
- 27.09.2026 [21:51]
BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib
- 27.09.2026 [21:47]
Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub
- 27.09.2026 [21:40]
AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər
- 27.09.2026 [21:35]
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
- 27.09.2026 [21:32]
Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib
- 27.09.2026 [21:27]
Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH
- 27.09.2026 [20:17]