Mini futbol üzrə Gəncə şəhər birinciliyinin açılış mərasimi keçirilib
Bakı, 2 avqust, AZƏRTAC
“Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbində məhəllələrarası “Sevinc” kubokunun “Dəri” top mükafatı uğrunda mini futbol üzrə Gəncə şəhər birinciliyinin açılış mərasimi keçirilib.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildiriblər ki, qurumun təşkilatçılığı ilə 2008-2010-cu il təvəllüdlü futbolçular arasında keçirilən birincilikdə 12 komanda mübarizəyə qoşulub.
Birinciliyin final mərhələsinin avqustun sonunda keçirilməsi planlaşdırılır.