Minlərlə polşalı fermer yürüş keçirmək üçün Varşavaya axışır
Bakı, 27 fevral, AZƏRTAC
Polşanın müxtəlif bölgələrindən olan minlərlə fermer Brüsselin kənd təsərrüfatı siyasətinə qarşı etiraz yürüşü və digər aksiyalar üçün Varşavaya gəlməkdədir.
AZƏRTAC Polsat telekanalına istinadla xəbər verir ki, təşkilatçılar yürüşdə 30-50 min nəfərin iştirak edəcəyini deyirlər. Onlar fermerlərlə yanaşı, şaxtaçıların və ovçuların da iştirak edəcəyi etiraz aksiyalarının dinc keçəcəyinə əmindirlər.
Etiraz aksiyası yerli vaxtla saat 11:00-da şəhərin mərkəzində başlayacaq. Fermerlər daha sonra Seymin (parlamentin aşağı palatası) binasına və Baş nazir Donald Tuskun dəftərxanasına yürüş edəcəklər.
Telekanalın məlumatına görə, Varşavaya gedən bəzi yollar səhər saatlarından etibarən fermerlər tərəfindən kənd təsərrüfatı texnikası ilə bağlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]