Minneapolis şəhərindəki körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Bakı, 19 oktyabr, AZƏRTAC
Minnesota-Azərbaycan Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı ilə Minneapolis şəhərindəki Louri Avenyu (Lowry Avenue) körpüsü Azərbaycan dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Missisipi çayı üzərində yerləşən körpünün 18 Oktyabr -Müstəqilliyin Bərpası Günü münasibətilə işıqlandırılmasını Minnesota ştatında yaşayan Azərbaycan icmasının üzvləri yaxından izləyiblər.
Bu addımın təşəbbüskarı olan Minnesota-Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallis bildirib ki, Azərbaycan bayrağının rənglərinin işıqlandırılması üçün Louri Avenyu körpüsünün seçilməsi təsadüfi olmayıb. Çünki həmin körpü bir neçə il əvvəl məhz oktyabr ayında şəhər sakinlərinin istifadəsinə verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [17:42]
“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib
- 15.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [10:22]
Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO
- 15.06.2026 [08:30]
Böyük Qayıdışdan Qurtuluşa aparan yol
- 14.06.2026 [20:00]