“Miqrasiya Könüllüsü” İctimai Birliyi tərəfindən xeyriyyə aksiyası keçirilib
Bakı, 15 aprel, AZƏRTAC
Elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq Dövlət Miqrasiya Xidmətinin (DMX) “Miqrasiya Könüllüsü” İctimai Birliyi Azərbaycanda sığınacaq almış, qaçqın statusu ilə yaşayan aztəminatlı əcnəbi ailələrə, yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə dəstək məqsədilə xeyriyyə aksiyası təşkil edib.
DMX-dən AZƏRTAC-a bildirilib ki, aksiya çərçivəsində miqrasiya könüllülərinin iştirakı ilə bu qəbildən olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb, onların digər ehtiyaclarının təmin olunması həyata keçirilib.