Misir Ərəb Respublikası Silahlı Qüvvələri Ali Şurasının Sədri marşal Məhəmməd Hüseyn Tantaviyə
Hörmətli cənab Tantavi,
Port-Səid şəhərindəki stadionda baş vermiş iğtişaşlar nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və bütün Misir xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 3 fevral 2012-ci il.