İQTİSADİYYAT
Misir nəşri Prezident İlham Əliyevin 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışından əsas məqamları dərc edib
![Misir nəşri Prezident İlham Əliyevin 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışından əsas məqamları dərc edib](/files/2022/2/1200x630/16541735122495136246_1200x630.jpg)
Qahirə, 2 iyun, AZƏRTAC
Misirin nüfuzlu “Al Masr Al Youm” nəşri Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışından əsas məqamları dərc edib.
AZƏRTAC xəbər verir ki, qəzetin materialında dövlətimizin başçısının ölkəmizin Avropanın qaz bazarında iştirakının daha da artması, Cənub Qaz Dəhlizinin əhəmiyyəti barədə fikirləri yer alıb. Məqalədə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Azərbaycanın ötən il 22 milyard kubmetr təbii qaz ixrac etdiyini, cari ildə bu rəqəmin 24 milyard kubmetrə çatacağını və gələcəkdə daha da artacağını bildirib.
Məqalədə vurğulanıb ki, Azərbaycanın potensial qaz ehtiyatlarından bəhs edən Prezident İlham Əliyev, eyni zamanda, “Şahdəniz”lə yanaşı, digər yataqların da çox perspektivli olduğunu diqqətə çatdırıb. O bildirib ki, gələn il onların bəzilərində hasilat başlayacaq və bu, enerji təhlükəsizliyinə mühüm töhfə olacaq.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə