MİSİR NYU-YORKDAN “KLEOPATRANIN İYNƏSİ”Nİ TƏLƏB EDİR
Lakin şəhərin rəhbərliyi abidənin pis vəziyyətdə saxlanılmasını inkar edir. Onu yerli qədim abidələr idarəsi müntəzəm yoxlayır və nyu-yorklular Mərkəzi parkın əsas yaraşığını Misirə qaytarmaq niyyətində deyillər.
Qırmızı qranitdən yonulmuş obelisk firon III Tutmosun hakimiyyəti dövründə (eramızdan əvvəl XV əsrin ortaları) Heliopolisdə ucaldılmışdır. Eramızdan əvvəl XIII əsrdə firon II Ramzes onun üstünü yazdırmışdır. Eramızdan əvvəl 12-ci ildə Roma qoşunları bu abidəni və daha iki obeliski İsgəndəriyyə şəhərinə gətirmişdilər. Həmin abidələrlə Kleopatra arasında yeganə əlaqə onların vaxtilə mələkənin Mark Antoninin şərəfinə tikdirdiyi Sezareum məbədi yaxınlığında yerləşməsidi. 1879-cü ildə Misir hakimi İsmayıl bu abidələri Nyu-York, London və Paris şəhərlərinə bağışlamışdı.
Z.Həvas 2002-ci ildən etibarən XIX əsrdə və XX əsrin əvvəllərində Misirdən aparılmış incəsənət əsərlərinin ölkəyə qaytarılması üçün fəal kampaniya aparır.