Misirdə keçiriləcək Beynəlxalq Kino Festivalına ölkəmiz də dəvət alıb
Bakı, 17 oktyabr, AZƏRTAC
Gələn ilin mart ayında Misirdə keçiriləcək üçüncü Şarm əl-Şeyx Beynəlxalq Kino Festivalına ölkəmiz də dəvət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Misirin Azərbaycandakı səfiri Adel İbrahim mətbuata açıqlamasında bildirib.
Səfir deyib ki, festival rəhbərliyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyi xidmətləri yüksək qiymətləndirərək onu fəxri qonaq qismində keçiriləcək Beynəlxalq Festivala dəvət edib.
Həmçinin səfir 2015-ci ildən Şarm əl-Şeyx və Qəbələ şəhərlərinin qardaşlaşmış səhərlər olduğunu, bu il noyabr ayının 8-dən etibarən Şarm əl-Şeyx və Bakı arasında birbaşa uçuşların təşkil ediləcəyini, habelə Misir ilə Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin gözə çarpan dərəcədə inkişafından məmnun olduğunu söyləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]