Misirli atlet “Bakı-2017”nin qızıl medalına sahib olub
Bakı, 15 may, AZƏRTAC
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışlarının üçüncü günündə 75 kiloqram çəki dərəcəsində çıxış edən qadınlar körpücük üzərinə çıxıblar.
AZƏRTAC xəbər verir ki, bu çəki dərəcəsində qızıl medalı misirli idmançı Ravia Abdelxalek qazanıb. O, birdən qaldırmada 97, təkanla qaldırmada isə 119 kiloqram nəticə göstərib. Ümumilikdə 216 kiloqramı ram edən atlet rəqiblərini üstələyib.
Gümüş medalı türkiyəli Rabia Kaya (212 kq), bürüncü isə özbəkistanlı Omadoy Otakuziyeva (208 kq) əldə ediblər.