Misli Premyer Liqası: “Qarabağ” “Zirə”yə uduzub
Bakı, 2 fevral, AZƏRTAC
Misli Premyer Liqasında XXI tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, bağlanış oyununda "Zirə" doğma meydanda "Qarabağ"ı qəbul edib. Qarşılaşma "qartallar"ın əzmkar qələbəsi ilə başa çatıb.
Görüşdə hesabı qonaqlar açıblar. Aleksey Kaşuk 20-ci dəqiqədə komandasını önə keçirib. 42-ci dəqiqədə Patrik Andrade fərqi 2 topa çatdırıb. İlk hissə "Qarabağ"ın üstünlüyü ilə yekunlaşıb.
İkinci yarıda daha inamlı təsir bağışlayan "Zirə" 3 qol vuraraq geridönüş edib. Salifu Suma əvvəlcə 56-cı dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb, 67-cı dəqiqədə isə özünün və komandasının ikinci qolunu vurub. Matçda son nöqtəni Davut Volkov qoyub. Gürcüstanlı hücumçu 90-cı dəqiqədə yekun hesabı müəyyənləşdirib.
Bu qələbədən sonra xallarını 39-a çatdıran "Zirə" 3-cü pillədə qərarlaşıb. "Qarabağ" isə 50 xalla turnir cədvəlinə başçılıq edir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"a 3:2, "Neftçi" "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəlib, "Turan Tovuz" - "Səbail"lə (1:1) "Sumqayıt" isə "Araz-Naxçıvan"la (0:0) heç-heçə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]
Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər
- 02.10.2026 [10:09]
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
- 02.10.2026 [10:03]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq
- 02.10.2026 [09:50]