Mixail Qaluzin: Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə danışıqları qəbul etməyə hazırdır
Moskva, 12 dekabr, AZƏRTAC
Rusiya hər zaman Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə danışıqları qəbul etməyə hazırdır və Bakı və İrəvanın bu müvafiq təklifin aktuallığını nəzərə alacaqlarına ümid edir.
AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiyanın XİN rəhbərinin müavini Mixail Qaluzin bildirib.
“Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə sülh danışıqlarının Moskvada keçirilməsinə dair təkliflərimiz Ermənistanda və Azərbaycanda olan tərəfdaşlarımız üçün açıq xarakter daşıyır. İrəvan və Bakının bunu xatırladıqlarına və başa düşdüklərinə ümid edirik”, - deyə nazir müavini Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbirində qeyd edib.
Hazırda diplomatik kanallar vasitəsilə üç ölkənin XİN rəhbərlərinin Moskvada görüşünə hazırlıq gedib-getmədiyi ilə bağlı sualı cavablandıran M.Qaluzin buna hər zaman hazır olduqlarını bəyan edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva