Moldovada koronavirusdan ölənlərin sayı 204-ə çatıb
Kişineu, 16 may, AZƏRTAC
Moldovada koronavirus infeksiyasından ölənlərin sayı 204 nəfərə çatıb.
AZƏRTAC Moldova Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ölkədə bu virusa yoluxanların sayı 5745-dir. 231 nəfərin vəziyyəti ağır, 507 nəfərin isə orta ağır qiymətləndirilir. 2344 nəfər isə tam sağalaraq evə buraxılıb.
Ümumilikdə Moldovada koronavirusla bağlı 25 mindən artıq test həyata keçirilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]