“Molla Nəsrəddin” jurnalının 105 illiyi Cəlil Məmmədquluzadənin ev-muzeyində qeyd olunacaqdır
Bakı, 14 may (AZƏRTAC). Mayın 18-də Beynəlxalq Muzeylər Günü çərçivəsində Cəlil Məmmədquluzadənin ev-muzeyində Bakı şəhərində fəaliyyət göstərən xatirə və ev-muzeyləri ilə birgə “Muzey-yaddaş” devizi altında “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 105-ci illiyinə həsr olunmuş “Molla Nəsrəddin güldürür-düşündürür” mövzusunda vahid tədbir keçiriləcəkdir.
Tədbirin bir ünvanda - Cəlil Məmmədquluzadənin ev- muzeyində keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki Azərbaycan xalqının görkəmli şəxsiyyətləri Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Qəmküsar, M.S.Ordubadi, Ə.Nəzmi, H.Cavid, C.Cabbarlı, N.Nərimanov, Ə.Əzimzadə, Ü.Hacıbəyli və başqaları zamanında böyük Mirzə Cəlilin yaratdığı Şərqin ilk satira jurnalı “Molla Nəsrəddin”in ətrafında birləşərək xalqın maariflənməsi və azadlığı uğrunda birgə mübarizə aparmışlar.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, həmin şəxsiyyətlərin bir çoxunun yaşayıb-yaratdıqları müxtəlif ünvanlarda fəaliyyət göstərən ev-muzeylərinin bir araya gələrək C.Məmmədquluzadənin ev-muzeyində “Molla Nəsrəddin” jurnalının 105-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak etmələri simvolik olaraq bu əqidə və qələm dostlarının bir məkanda birləşərək ümumi bir məqsəd uğrunda çalışmalarını ifadə edir.
Tədbirin proqramına “Cəlil Məmmədquluzadə - Molla Nəsrəddin” sənədli səyyar sərgisinin nümayişi, tədqiqatçıların, jurnalistlərin, karikaturaçı rəssamların Şərqin ilk satirik jurnalı haqqında çıxışları, ədibin Bakı Bələdiyyə Teatrı tərəfindən hazırlanmış “Ölülər” əsərinin tamaşasından kadrların göstərilməsi, muzeydə yaradılmış “Gənc turistlər” klubunun üzvlərinin mollanəsrəddinçilərin əsərləri əsasında hazırladıqları ədəbi-bədii kompozisiyanın təqdimatı və s. daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:50]
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]