Moskva Ermənistanın KTMT-yə üzvlüyü məsələsinə aydınlıq gətirəcək
Moskva, 13 mart, AZƏRTAC
Kremldə Ermənistanın baş naziri Nikol Paşinyanın onun ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq ehtimalının olması ilə bağlı səsləndirdiyi bəyanatı eşidiblər.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Rusiya Federasiyası (RF) Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O deyib: “Şübhəsiz, biz bu bəyanatları eşitmişik. Bizə erməni həmkarlarımızla həm KTMT çərçivəsində, həm də ikitərəfli səviyyədə təmaslar lazımdır. Ermənistan baş nazirinin verdiyi bəyanatlara müvafiq olaraq, məsələni aydınlaşdırmağa və müzakirə etməyə çalışacağıq”.
Kremlin nümayəndəsi Paşinyanın bu qəbildən bəyanatına KTMT-də hansı reaksiyanın verildiyi ilə bağlı suala cavab verməyib. O, yaranmış bu vəziyyətin sözügedən təşkilatın növbədənkənar sammitinin keçirilməsinə səbəb olub-olmayacağı ilə bağlı sualı da cavabsız qoyub. RF Prezidentinin mətbuat katibinin qeyd etdiyinə görə, bu suallara təşkilatın rəsmiləri cavab verə bilərlər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]
Türkiyədə məktəbdə baş verən silahlı insidentlə bağlı yayım qadağan olunub
- 22.09.2026 [14:14]
Avropada dizelin bahalaşması Macarıstanda da qiymətlərə təzyiqi artırır
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
DİN müsabiqə elan edir
- [14:26]
Bəzi yerlərdə duman olacaq
- [12:33]
Bu saata olan əsas xəbərlər
- [12:00]