MSK sədri Avropa seçki qurumlarının konfransında iştirak etmişdir
Vyana, 16 may (AZƏRTAC). Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mayın 9-dan 15-dək Vyanada səfərdə olmuşdur. MSK sədri Avropa Şurası Venesiya Komissiyasının Avstriya Daxili İşlər Nazirliyi ilə birgə təşkil etdiyi Avropa seçki qurumlarının 8-ci konfransında iştirak etmişdir.
“Dəyişən dünyada seçkilər” mövzusuna həsr olunmuş konfransda M.Pənahov Azərbaycanda ötən il Milli Məclisə keçirilmiş seçkilər barədə məlumat vermiş, görülmüş işlərdən danışmışdır.
Tədbirdə müasir texnologiyaların və sosial şəbəkələrin seçkilərdə rolu, seçkilərin təşkili, şəffaflığın təminatı, elektron səsverməyə dair müzakirələr keçirilmişdir.
M.Pənahov Avropa Şurası Venesiya Komissiyasının prezidenti Canni Bukikkio, bir sıra ölkələrin seçki qurumlarının rəhbərləri və beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşmüş, Avropa Şurası və Avropa İttifaqının təşkil etdikləri Şərqi Avropa ölkələri seçki qurumlarının əlaqələndirmə görüşündə iştirak etmişdir.
Görüşlərdə gələcəkdə birgə fəaliyyət perspektivləri və layihələr müzakirə olunmuşdur.
Səfərdə M.Pənahovu MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov müşayiət etmişdir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]