Müasir Vyetnam ədəbiyyatı haqqında ilk monoqrafıya nəşr olunub
Bakı, 27 mart, AZƏRTAC
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin elmi işçisi Sevda Məmmədovanın “Müasir Vyetnam ədəbiyyatı; Azərbaycan-Vyetnam ədəbi əlaqələrində yeni mərhələ” kitabı işıq üzü görüb. Monoqrafiya Azərbaycan-Vyetnam diplomatik əlaqələrinin 30 illiyinə həsr olunub.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Nəşrin “Azərbaycanda Vyetnam ədəbiyyatı haqqında ilk kitab” başlıqlı “Ön söz”ünün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, elmi redaktoru filologiya elmləri doktoru, professor Bədirxan Əhmədovdur.
Azərbaycan-Vyetnam ədəbi əlaqələrindən bəhs edən monoqrafiyada Vyetnam ədəbiyyatı elmi səviyyədə araşdırılır. Həmin ölkənin ədəbiyyatının tarixi inkişaf yolu, görkəmli şair və yazıçılarının yaradıcılıqlarının ayrı-ayrı istiqamətləri Vyetnam və Azərbaycan ədəbiyyatının müxtəlif cəhətləri ilə müqayisədə öyrənilir.
Üç fəsildən ibarət monoqrafiya “Elm və təhsil” nəşriyyatında nəşr edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [19:52]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [18:22]
Rektor çempion olan AzTU komandasını təbrik edib
- 10.06.2026 [17:57]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:09]