Müdafiə Nazirliyinin rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib
Bakı, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti fevralın 26-sı Xocalı soyqırımı abidəsini ziyarət edib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi abidə önünə gül dəstələri düzərək faciə qurbanlarının xatirəsinə ehtiram nümayiş etdirib.