Müəllif Hüquqları Agentliyinin 5 elektron xidməti yenilənib
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin “Elektron hökumət” portalında mövcud olan 5 elektron xidməti yenilənib.
AZƏRTAC portala istinadla xəbər verir ki, yenilənən xidmətlərə “Əlaqəli hüquqlar obyektinin qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu”, “İnteqral sxem topologiyalarının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu”, “Müəlliflik hüququ ilə qorunan məlumat toplularının qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu”, “Müəlliflik hüququ obyektinin qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” və “Xüsusi qorunma hüququ ilə qorunan məlumat toplularının qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” daxildir.
Adıçəkilən xidmətlər istifadəçi rahatlığı təmin edilməklə, daha da optimallaşdırılıb, istifadəçilərə elektron xidmətin göstərilməsinin gedişatı barədə elektron məlumat almaq imkanı yaradılıb.
Qurumun təqdim etdiyi xidmətlər qeydiyyatlı olduğundan xidmətdən istifadə etmək üçün “Elektron hökumət” portalında qeydiyyatdan keçmək vacib şərtdir.
Həmin qurumun elektron xidmətlərində müəlliflik hüququ obyektlərinin qeydiyyatı qaydaları, təlimatı, ərizə blanklarının elektron forması yerləşdirilib. Həmçinin şəxslərin elektron xidmətlər bölməsindən maneəsiz, sərbəst istifadəsi, eləcə də elektron müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılması təmin edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]
Milli domen adlarında Azərbaycan hərflərindən istifadə olunacaq
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]