Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verilib
Bakı, 10 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verilib
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Rəqəmsal məktəb” layihəsi çərçivəsində hazırlanan “Müəllim” tətbiqi mövcud elektron jurnalın funksional imkanlarını genişləndirir və istifadəçilərə sistemə mobil telefon vasitəsilə daha rahat və operativ çıxış imkanı yaradır.
Tətbiq müəllimlərə tədrisin planlaşdırılması, şagirdlərin davamiyyətinin operativ şəkildə qeydə alınması, akademik nəticələrin izlənilməsi, həmçinin formativ və summativ qiymətləndirmələrin daxil edilməsi kimi əsas prosesləri mobil mühitdə idarə etmək imkanı verir.
Tətbiqin hazırlanmasında təhlükəsizlik və məlumatların qorunması xüsusi prioritet kimi nəzərə alınıb.
Hazırda “Müəllim” tətbiqi “Rəqəmsal məktəb” layihəsində iştirak edən Bakı şəhəri ümumi təhsil müəssisələrində istifadə olunur. Mobil tətbiqdən mərhələli şəkildə ölkə üzrə bütün təhsil müəssisələrində istifadə edilməsi planlaşdırılır ki, bu da təhsil idarəetməsinin vahid rəqəmsal platforma üzərindən daha səmərəli koordinasiyasına əhəmiyyətli töhfə verəcək.
Tətbiq həm iOS, həm də Android əməliyyat sistemləri üçün hazırlanıb. İstifadəçilər tətbiqi müvafiq platformalarda “Müəllim” adı ilə axtarış edərək yükləyə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [13:54]
DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib
- 07.06.2026 [13:10]
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir
- 06.06.2026 [19:47]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]