“Mühafizəçi” ixtisası üzrə qısamüddətli təlim keçiriləcək
Bakı, 16 noyabr, AZƏRTAC
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Mühafizəçi” ixtisası üzrə qısamüddətli təlimə müraciət qəbul edir.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təlim iştirakçıları Azərbaycan qanunvericiliyi, tibbi, psixoloji, xüsusi, texniki hazırlıq və yanğınsöndürmənin əsasları üzrə intensiv dərslərə cəlb olunacaq.
Təlimə 20 yaşdan yuxarı hərbi xidmət keçmiş, (qadınlar və qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və azad edilənlər istisna olmaqla), məhkumluğu olmayan, fiziki cəhətdən sağlam, minimum orta təhsilli şəxslər müraciət edə bilərlər. Təhlükəsizlik sahəsində təcrübənin olması üstünlük hesab olunur.
Seçim prosesi ərizə qəbulu, müsahibə və tələb edilən sənədlərin qəbulu mərhələlərindən ibarətdir.
Son mərhələdə seçilmiş şəxslərdən aşağıdakı sənədlər tələb ediləcək:
- sağlamlıq haqqında arayış;
- məhkumluq haqqında arayış;
- hərbi xidmətdə olduğuna dair təsdiqedici sənəd (qadınlar və qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və azad edilənlər təsdiqedici sənəd təqdim etməlidirlər).
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində yerləşən Bakı Mühafizə Məktəbində təşkil ediləcək təlim bir ay davam edəcək.
Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılar sertifikat alacaq.
Təlimə qoşulmaq üçün müraciətlər noyabrın 30-dək qəbul olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]