Müharibə cinayətlərinə görə məhkum edilmiş serb general azadlığa buraxılıb
Belqrad, 29 sentyabr, AZƏRTAC
Müharibə cinayətlərinə görə 22 il həbs cəzasına məhkum edilmiş keçmiş Yuqoslaviya ordusunun generalı Neboyşa Pavkoviç Beynəlxalq Cinayət Tribunalları Mexanizmi tərəfindən cəza müddəti bitmədən azadlığa buraxılıb.
AZƏRTAC xəbər verir ki, o, Serbiya hökumətinin təyyarəsi ilə ölkəyə gətirilib. Serbiyanın Baş naziri Duro Macut bildirib ki, Pavkoviç səhhətinə görə Serbiya hökumətinin tələbi ilə azadlığa buraxılıb. O, müalicəsini ailəsinin və səhiyyə müəssisələrinin dəstəyi ilə Serbiyada davam etdirəcək.
Qeyd edək ki, Pavkoviç həbs cəzasını Finlandiyada çəkib. O, albanları Kosovodan zorla çıxarmaqda, eləcə də müxtəlif qətllərdə təqsirli bilinib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:45]
Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb
- 02.10.2026 [12:36]
Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb
- 02.10.2026 [11:57]
Fransada liseylərdə etirazlar davam edir
- 02.10.2026 [11:35]