MÜSABİQƏYƏ YEKUN VURULMUŞDUR
“Qız qalası” qalereyasında ABŞ-ın Bakıdakı səfirliyinin elan etdiyi “Amerika Azərbaycan məktəblilərinin gözü ilə” foto müsabiqəsi qaliblərinin işlərindən ibarət sərgi açılmışdır. Açılışda çıxış edən səfir Ross Uilson bildirmişdir ki, müsabiqə ABŞ-la Azərbaycan arasında diplomatik münasibətlər qurulmasının on illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilmişdir. Lakin məktəblilərin müsabiqəyə böyük marağını və təqdim olunmuş işlərin yüksək səviyyəsini nəzərə alaraq, səfirlik müsabiqəni hər il keçirmək niyyətindədir.
Sonra qaliblərə mükafatların təqdim edilməsi mərasimi oldu. Şəbnəm Alməmmədovaya, Sima Haqverdiyevaya, Aysel Namazovaya, Cəfər Axundova, Mirzə Əliyevə, Riyad Məmmədova, Sevda Cəfərovaya diplomalar və pul mükafatları təqdim edildi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 04.06.2026 [18:28]
AQTA və DİN-in birgə əməliyyatı - 120 kiloqram yararsız ət aşkarlanıb
- 04.06.2026 [17:59]
DSMF: Ötən ay 31 min 746 vətəndaşın müraciəti cavablandırılıb
- 04.06.2026 [17:56]
Bakıda “Foniatriyada yeni üfüqlər” adlı beynəlxalq tədbir təşkil olunub
- 04.06.2026 [17:41]