Musiqişünas: “Gəncliyin səsi” festivalı gənclərin yeni yaradıcılıq uğurları qazanmasına təkan verəcək
Bak, 2 fevral, AZƏRTAC
“Gəncliyin səsi” festivalı gənclərin yeni yaradıcılıq uğurları qazanmasına təkan verəcək. Festivalın əsas məqsədi gənc istedadların üzə çıxarılması, onların incəsənət sahəsinə daha da həvəsləndirilməsinə yardımçı olmaqdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində X “Gəncliyin səsi” Festivalının açılış mərasimində musiqişünas Gülxanım Əsədzadə deyib.
“Artıq 2014-cü ildən bəri ölkəmizdə hər il keçirilən "Gəncliyin səsi" festivalı böyük əhəmiyyət daşıyır. Festival çərçivəsində həm Bakıda, həm də bölgələrdə silsilə tədbirlər təşkil olunacaq. Ölkənin aparıcı mədəniyyət müəssisələrində çıxış edən gənclər arasında musiqiçi, aktyor, rəssam, sənətşünas və modelyerlər yer alır”,-deyə musiqişünas bildirib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Geyim dizaynı” ixtisasının tələbələrinin “Tomirisin sorağında” adlı moda keçidi hazırladığını bildirən Gülxanım Əsədzadə bildirib ki, festivalı açılış günündə ilk dəfə olaraq aşıq sənəti ilə bağlı konsert də təqdim olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]