MÜTLƏQ KATEQORİYADA KİOKUŞİNKAY KAYKAN KARATE ÜZRƏ BİRİNCİ DÜNYA ÇEMPİONATI BAŞLANMIŞDIR
Bakı, 27 iyun (AZƏRTAC). İyunun 27-də Bakı İdman Sarayında kişilər və qadınlar arasında mütləq kateqoriyada kiokuşinkay kaykan karate üzrə birinci dünya çempionatı başlanmışdır. Yarışlarda Azərbaycanı Könül Nəzərova, Xuraman Yusifova, Tural Məmmədov, Samir Bayramov, Xəyyam Həsənov, Ruslan Hüseynov, Elbrus Məmmədov, Aqşin Əliyev, Sokrat Süleymanov, Murad Tahirov, Səbuhi Lətifov və Cavidan Musayev təmsil edirlər.
İkigünlük yarışlarda Azərbaycan idmançıları ilə yanaşı İran, Əfqanıstan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Misir, Ukrayna, Norveç, Livan, Pakistan, Şri-Lanka, Monqolustan, Yaponiya, Koreya, Suriya, Çin, Finlandiya, Gürcüstan, Rusiya, İraq, Yunanıstan, Hindistan, Fransa, Böyük Britaniya, Avstriya, Şotlandiya, Almaniya, Polşa, Kolumbiya, Türkiyə, Latviya, Litva, Belarus və İordaniyadan 150-dək karateçi iştirak edir.
Olimpiya sistemi üzrə keçirilən çempionatın 3 mərhələsinin yekunlarına əsasən, 150 idmançıdan finala Sokrat Süleymanov (Azərbaycan), Murad Tahirov (Azərbaycan), Abdullakip Maqomedov (Rusiya) çıxmışlar.
İyunun 28-də Azərbaycan karateçiləri Ruslan Hüseynov və Xəyyam Həsənov finala çıxmaq uğrunda mübarizə aparacaqlar.
######
![]() |
![]() |
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]
Azərbaycan Premyer Liqasında VIII tur start götürür
- 16.10.2026 [01:49]
UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib
- 16.10.2026 [01:43]
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]



