Muxtar respublika muzeyləri üç ayda nə qədər ziyarətçi qəbul edib?
Naxçıvan, 7 aprel, AZƏRTAC
Bu ilin 3 ayında muxtar respublika muzeylərini 53 min 690 yerli, 9601 əcnəbi olmaqla, ümumilikdə, 63 min 291 turist ziyarət edib.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən bildirilib.
“Yerli ziyarətçilər arasında məktəblilər, tələbələr və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan şəxslər üstünlük təşkil edib. Təhsil müəssisələri tərəfindən muzeylərə mütəmadi ekskursiyaların təşkili gənc nəslin milli tarixə və mədəni irsə marağının artırılmasına hesablanıb. Bu istiqamətdə həyata keçirilən maarifləndirici tədbirlər və tematik sərgilər xüsusi əhəmiyyət daşıyır. Cari ilin 3 ayında 29 mədəni-kütləvi tədbir, 2976 ekskursiya təşkil olunub, şagirdlər üçün 87 açıq dərs, 126 mühazirə keçilib”, - deyə nazirlikdən əlavə olunub.
Müxbir- Nail Əsgərov